{category-title}

 

UŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLAR

 

Bərdə şəhər 10 saylı uşaq bağçasında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə bağçanın müdiri Leyla Məmmədova uşaqlara ermənilərin işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb.

L.Məmmədova bildirib ki, ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edib.

Leyla xanım bildirib ki, 1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunub, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi Fərman imzalanıb: "Ümummilli liderimiz deyib ki,
bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"
Daha sonra bağçada soyqırımla bağlı hazırlanan foto-stend nümayiş olunub, uşaqların hazırladıqları səhnəciklər təqdim olunub. Uşaqlar vətənpərvərliyə həsr olunan şeirlər söyləyiblər.

Tədbirdən əvvəl isə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları üstünə gül qoyulub. İkinci Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin ailəsi də ziyarət olunub.

Bağça müdiri bildirib ki, hökumətimiz həmişə şəhid ailələrinə, qazilərə, əlillərə xüsusi diqqət və qayğı göstərib.
UŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLARUŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB - FOTOLAR

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər