pressxeber.info
pressxeber.info

FHN-nin zabitinə cinayət işi açıldı

21 dəfə baxılıb 23-02-2021, 13:44

 

FHN-nin zabitinə cinayət işi açıldı

 

Koronavirus infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk etmiş vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin zabiti Rəhimbəyli Rüfət Əli oğlu aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini icazəsiz tərk edib.

Hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində R.Rəhimbəyli ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi