pressxeber.info
pressxeber.info

Daha bir fəhlə hündürlükdən yıxılaraq ölüb

14 dəfə baxılıb 23-02-2021, 10:42

 

Daha bir fəhlə hündürlükdən yıxılaraq ölüb

 



Fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi