{category-title}

 

Yaxın zamanda dollar məzənnəsi nəcə dəyişə bilər? - ŞƏRH

 

Dollar indeksi ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir. İndeks yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu və İsveçrə frankına nisbətdə müəyyənləşir. Son həftələr ərzində indeksə əsasən ABŞ dollarının digər valyutalar qarşısında dəyərdən düşdüyünü görürük. Bəs, dolların digər valyutalar qarşısında dəyərdən düşməsi manat və dollar nisbətinə təsir edə bilərmi?

Bununla bağlı Dünya Bankının, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının baş məsləhətçisi İlqar Tağıyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, dollar indeksi düşürsə, bu o deməkdir ki, ABŞ dolları digər əsas valyutalar qarşısında ucuzlaşır. Eyni zamanda, Azərbaycan üçün manatın məzənnəsinin müəyyənləşməsinin digər bir faktoru neftin dünya bazarındakı qiymətinin artmasıdır. Bu iki proses fonunda bəzi reallıqlar mövcuddur:

“Sadalanan posesləri nəzərə alsaq yaxın müddət ərzində dolların manata nəzərən dəyərinin artacağını düşünmək olmaz. Bu yaxın perspektivdə baş verə biləcək reallıq deyil. Lakin, bütün bunların fonunda, ABŞ dollarının digər valyutalar qarşısında ucuzlaşması, dünya bazarında neftin qiymətinin artması Azərbaycanda dolların qiymətinə təsir etməyəcək. Bir sözlə, yenə də dolların qiymətinin aşağı düşməsini gözləmək olmaz. Yəni, bir dollar üçün 1.7 manat stabil məzənnə olduğu kimi saxlanılacaq”.

Onun sözlərinə görə, vətəndaşlarımız da bu statistika ilə tanışdır və yaxın dövr ərzində kütləvi şəkildə dollar almaq məsələsi də səngiyəcək:

“Müvafiq olaraq banklar da Mərkəzi Bankdan valyutanın alışını məhdudlaşdıracaq. Yaxın vaxtlarda Azərbaycanda dolların bahalaşacağını gözləmək olmaz”. 

İlqar Tağızadə Mərkəzi Bankın bu qərara getməməsinin səbəblərinə də aydınlıq gətirib:

“Nəyə görə Mərkəzi Bank bu qərara getməz? Çünki, onun rezervləri dolların bahalaşdığı dövrdə kifayət qədər azaldı. Əslində, ABŞ dollarının qiymətinin endirilməsinin tərəfdarı da deyiləm. Çünki, bizim iqtisadiyyat məzənnənin sərbəst buraxılmasına öyrəşməyib. Məsələn, Türkiyədə məzənnə konkret olaraq dollar indeksinə bağlı bir məsələdir. Lakin, Azərbaycanda bu belə deyil”.

O əlavə edib ki, bizim büdcəmiz əsasən neftlə formalaşdığına görə ölkəyə daxil olan valyuta da neftin qiymətinə əsaslanır:

“Bu özünü dərhal yox, müəyyən müddətdən sonra büdcəyə öz təsirini göstərəcək. Təbii ki, bəzi proseslərlə əlaqədar vəsaitin daxil olması vaxt çəkə bilər. Lakin, bu faktdır ki, neft bahalaşdıqca ölkəyə daxilolmaların həcmi də artacaq”. 

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər