pressxeber.info
pressxeber.info

SON DƏQİQƏ! Müdafiə Nazirliyi Nəcməddin Sadıqovla bağlı açıqlama yayıb

16 dəfə baxılıb 22-02-2021, 12:57

SON DƏQİQƏ! Müdafiə Nazirliyi Nəcməddin Sadıqovla bağlı açıqlama yayıb

 

"Bəzi elektron media resurslarında özünü "döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və Müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib".

Oxu24.com  xəbər verir ki, bu barədə  cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik açıqlamasında əlavə edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən qat-qat çox itkilərə məruz qalıb:

Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən general-polkovnik Zakir Həsənov "Zəfər” ordeni ilə təltif edilib.

Bir daha kütləvi informasiya vasitələrini, eləcə də elektron media resurslarını əsassız, həqiqətə uyğun olmayan və rəsmi şəkildə təsdiqlənməyən məlumatları tirajlamaqdan çəkinməyə çağırırıq".

Qeyd edək ki, uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, "döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev öz müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Necməddin Sadıqov və digər vəzifəli şəxslər barəsində müxtəlif ittihamlar səsləndirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi