{category-title}

 

Məktəblərdə istilik problemi varmı? - Nazirlik deyir ki...

 

Fevralın 1-dən etibarən məktəblərdə dərslərin qismən bərpasından sonra bəzi problemlər gündəmə gəldi. Uzun müddətdir bağlı olan bəzi məktəblərdə istilik problemi var. Əslində bu məsələ hələ məktəblər açılmadan həm valideynlərin, həm də Təhsil Nazirliyinin diqqətində idi, hətta bununla bağlı monitorinqlər də aparılmışdı. Monitorinqlər zamanı üzə çıxan əsas problemlərdən biri də məhz istilik təchizatı sahəsində idi. Problemin aradan qaldırılacağı açıqlanmışdı. Amma bəzi valideynlər məktəblərin, sinif otaqlarının soyuq olmasından şikayət etməyə başlayıblar.

Şikayətlərdən biri də Yasamal rayonu, İlqar İbrahimov adına 167 saylı tam orta məktəblə əlaqədardır. Lakin məktəbin direktoru Qasım Qasımov şikayətə dərhal reaksiya verərək bildirdi ki, məktəbdə istilik təchizatı normaldır, şagirdlər də bunu təsdiq edə bilər:

“Məktəbə gəlib, canlı şahidi ola bilərsiniz. Mərkəzləşdirilmiş istilik sistemi olsa da, istilik normal səviyyədə verilir. Məktəb-valideyn münasibətlərinin düzgün istiqamətdə qurulmasına xüsusi diqqət yetirilir. Ümidvaram ki, hər bir valideyn məktəbə gəlib, həm övladılarının təhsili ilə maraqlana, həm də məsələnin əsli ilə yerindəcə tanış ola bilər”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov “Press Klub”a açıqlamasında qeyd etdi ki, sözügedən məsələdən xəbərdardır:

“Məktəbin direktoru özü birbaşa məsələyə münasibət bildirib. Əgər valideynlərin həqiqətən istilik təchizatı ilə bağlı şikayətləri varsa, konkret olaraq məktəblərin adlarını qeyd etsinlər və biz həmin şikayətləri araşdıraq”.

Təhsil üzrə ekspert Elçin Əfəndi hələlik valideynlərdən ona bu tipli şikayətlər daxil olmadığını söylədi:

“Məktəblər istilik sistemi ilə tam təchiz olunmalı, istixanalar işləməlidir. Əgər valideynlər şikayət edirsə, deməli, hardasa çatışmayan məqamlar var. Bu barədə Təhsil Nazirliyi müvafiq ölçü götürməlidir. Eyni zamanda, hansı məktəblərdə sırf istilik təchizatı sahəsində problemlər varsa, bununla bağlı valideynlər deyil, Təhsil Nazirliyi “Azəristiliktəchizat” ASC-yə müraciət etməlidir. Yəni məsələni Təhsil Nazirliyi həll etməlidir. Əgər istilik təminatının olmamasına dair konkret hallar varsa, məsuliyyət birbaşa Azərbaycan Resublikası Təhsil Nazirliyinin üzərinə düşür. Təhsil Nazirliyi orta ümumtəhsil müəssisələrinin rəhbərlərinə birbaşa bildirməli idi ki, istilik təminatı tam hazır vəziyyətdə olsun. Əgər təminatla əlaqəli hər hansı sıxıntı varsa, buna məsul olan hər bir qurum barədə xüsusi ölçü götürülməlidir. Əsas nəzarət funksiyası təhsil müəssisələrinin rəhbərlərinin üzərindədir”.

Ekspertin sözlərinə görə, koronavirusun hələ davam etdiyi dövrdə məktəblərin istilik təminatı yerində deyilsə, o zaman uşaqların həm virusa yoluxması, həm də soyuqlaması ehtimalı artır:

“Valideyn bu zaman haqlıdır. Əgər belə problemi olan təhsil müəssisələri varsa, bu problem təcili aradan qaldırılmalıdır”.

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Bütün xəbərlər