{category-title}

Metroya giriş limitlə olacaq? - AÇIQLAMA

 

 

Fevralın 15-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri üçün də ənənəvi tədris bərpa olunur. Bəs iki həftəlik tədrisin yekunu necədir? Məktəblərin açılması yoluxma sayına necə təsir etdi?

Mövzu ilə bağlı "Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov danışıb: "Məktəblərin açılması ilə ölkədə koronavirusa yoluxma sayda ciddi dəyişikliklər müşahidə olunmur. Düşünürəm ki, bu məsələyə obyektiv qiymət vermək üçün iki həftə yetərli deyil. Məlum inqubasiya dövrü var ki, onu gözəmək lazımdır. Hər halda, növbəti həftədə görəcəyik ki, məktəblərin açılmasının yoluxma sayına neqativ təsiri var, ya yox. Onu da qeyd etmək lazımdır ki, məktəblərin açılması məsələsində pozitiv tərəflər də çoxdur. Çünki məktəblərin uzun müddət bağlı qalması təhsili getdikcə stressə salırdı. Onlayn təhsil bütün tələbatları tam ödəyə bilmirdi. Bu səbəbdən təhsilin yeni rejimdə davam etmək məcburiyyəti var. Lakin bu proses mütləq şəkildə tələblərə uyğun aparılmalı, siniflərdə sosial məsafə gözlənilməli, gigiyenik qaydalara ciddi əməl etmək lazımdır”.
İndi aktual olan suallardan biri də məktəblərin ardınca metroların açıla biləcəyi ilə bağlıdır. Artıq fevralın 15-dən etibarən tədrisin daha bir mərhələsi başlayır, eyni zamanda universitetlər də qismən ənənəvi dərsləri bərpa edirlər. Bununla da ictimai nəqliyyatda daha böyük sıxlıq yaşanacağı gözlənilir. Hazırda da ictimai nəqliyyatlarda sıxlıq yaşanır. İnsanlar avtobuslarda sıx vəziyyətdə, az qala nəfəs-nəfəsə dayanır ki, bu da virusa yoluxma riskini daha da artırmış olur. Nəqliyyat xəttinə metroları əvəz edən avtobuslar daxil edilsə də, göründüyü budur ki, problem həll olunmamış qalır. Bəs metrolar da açıla bilərmi? Metroların hələ də açılmamasının səbəbi nədir?
Zülfüqar Yusifov məsələyə bu cür mövqe bildirdi:
"Bəli, bu gün avtobuslara çox sıxlıq yaşanır. Nəzərə alsaq ki, tezliklə yuxarı siniflərdə, eləcə də universitetlərdə üz-üzə tədris yenidən bərpa olunacaq, deməli ictimai nəqliyyatda sıxlıq daha da artacaq. Avtobuslar bütün bu tələbatı təbii ki, ödəyə bilməz. Bu baxımdan metronun açılması məqsədəuyğundur. Sadəcə metro ilə bağlı problem ondan ibarətdir ki, iddialara görə metro qapalı zona olduğundan orada virusun yayılma təhlükəsi daha çoxdur. Lakin avtobuslar da axı qapalı zonaya çevrilir və bir neçə saat avtovusda insanlarla bir yerdə olmaq kifayətdir ki, xəstəliyə yoluxasan. Belə çıxır ki, metrolarda daha çox ventilyasiya prosesinin adekvatlığına diqqət etmək lazımdır. Həmçinin hesab edirəm ki, metro vaqonlarının da tutumu nəzər alınmalıdır.  Bəzi ölkələrdə belə bir təcrübə var ki, müəyyən limit dolduqdan sonra metroya giriş müvəqqəti ləngidilir. Yəni bu şəkildə mümkün qədər həyatın bərpa olunmasına çalışmalıyıq. Lakin qeyd etdiyim kimi, qaydalar,  məhdudiyyətlər olmalıdır. Onlara əməl etməsək, bu gün əldə etdiyimiz uğurları da sərbəstliyi də yenidən təkrar itirə bilərik”. /Musavat.com

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər