{category-title}

Əsgərlərə donvurma barədə xəbərdarlıqlar - RƏSMİ

 

 

Azərbaycan Ordusunda bölmələrdə donvurma xəstəliklərinin qarşısının alınması üçün şəxsi heyətin küləkdən, yağmurdan qorunması, o cümlədən meteoroloji vəziyyətə müvafiq geyindirilməsi, hərbi geyimin, ayaqqabıların düzgün seçilməsi, təyin olunmuş istismar müddətinə uyğunluğu, vaxtında yuyulması, qurudulması rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bu barədə “Azərbaycan Ordusu” qəzetinə Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov bildirib.

O donvurmanın səbəblərini açıqlayıb:

“Səbəblərdən biri odur ki, orta və yüksək dağlıq rayonlarda temperatur tez-tez və kəskin dəyişir.

İkincisi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya da əsgərlərə təsir göstərir”.

“Eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara üzücü təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur”, - deyə S.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, donvurma səthi və dərin ola bilər.

“Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır.

Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar, ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur”.

Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim deyib:

“Soyuğun bütün orqanizmə təsiri termorequlyasiyasının pozulmasını və bütün orqanizmin soyumasını (hipotermiya) yaradır. Hipotermiya - ətraf mühitin aşağı temperaturunun təsirindən bədənin itirdiyi istiliyi bərpa edə bilməməsi və ümumi soyumasıdır. Ümumi soyumada zərərçəkmiş süstdür, etinasızdır, dəri örtüyü solğundur, soyuqdur. Nəbz seyrəlir, bədən temperaturu 35 dərəcə selsidən aşağı enir.

Bu zaman ürək ritmləri pozulur və nəticədə ürək dayanır. Donvurma zamanı zədələnmiş nahiyələrdə dəri soyuq olur, rəngi göyərir, hissiyyatı itir. Ona görə də zərərçəkmişdə həm donvurma, həm də hipotermiya əlamətləri müşahidə edilirsə, birinci növbədə hipotermiyadakı kimi yardım göstərmək lazımdır, çünki insan bədəni qısa müddətdə qızdırılmazsa, bu vəziyyət ölümə gətirə bilər. Amma bu vəziyyətdə donvurmanı da yaddan çıxarmaq olmaz, çünki ağır dərəcədə donvurma ətrafın amputasiyasına səbəb ola bilər.

Donvurma zamanı ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabıları və əlcəkləri çıxarmaq lazımdır. Donmuş orqan əvvəlcə quru yun parça ilə qızarana qədər sürtülməli (olmazsa, əllə ovuşdurmaq, nəfəslə isitmək), sonra ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 10 dəqiqə müddətində suyun temperaturu 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli  spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır.

Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar. Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz”.

Hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir, hərbi həkimlər tərəfindən şəxsi heyət məlumatlandırılır.

S.Məmmədov bildirib ki, bunlarla yanaşı, hər bir hərbi qulluqçu da fərdi olaraq kəskin soyuqlar zamanı düzgün qidalanmalı, quru və isti geyinməlidir.

“Soyuq havalarda döyüş növbətçiliynə çıxmazdan əvvəl çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər