{category-title}

 

 

Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz - ŞƏRH

 


44 günlük müharibənin nəticəsi olaraq imzalanmış 10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən fundamental sənəddir. Sənəddə Qarabağın dağlıq hissəsinə hər hansı xüsusi bir statusun verilməməsi bu ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu təsbit edir. Bu bəyanatın davamı olaraq 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli sənəd də status məsələsinin birdəfəlik arxivə qovuşduğunu göstərdi. Beləliklə, Azərbaycan dövləti erməni işğalçılığına son qoymaqla həm də post-konflikt dövrünün geosiyasi reallıqlarını formalaşdırmış oldu. Artıq hər kəs bu reallıqlarla barışmağa məhkumdur.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, təəssüf ki, müharibə başa çatandan bir qədər sonra Qərb siyasi dairələrinin yeni geosiyasi konfiqurasiyadan narazı qaldığı müşahidə edildi:

“Bu, Azərbaycanın icazəsi olmadan bir sıra avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərlərində özünü göstərirdi. Bundan başqa, Ermənistan rəsmilərinin də oxşar qanunsuz əməllərə əl atdığını gördük. Bütün bunlar yeni reallıqların çərçivəsini aşan əməllər idi. Buna görə də Prezident İlham Əliyev açıq şəkildə həm Ermənistana, həm də sülhə zəmanətçi funksiyasını üzərinə götürmüş Rusiya sülhməramlılarına ciddi xəbərdarlıqlar etdi. Bu mənada, Azərbaycan Prezidentinin 7 yanvar 2021-ci il tarixində keçirilmiş ötən ilin yekunlarına dair müşavirədə ifadə etdiyi fikirlər xüsusilə əhəmiyyətlidir: “...biz sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Bu, Azərbaycan rəhbərliyinin qətiyyətli və dəyişməz mövqeyidir. Ötən zaman çərçivəsində cərəyan edən hadisələr onu göstərdi ki, dövlət başçımızın dəmir iradəsi destruktiv qüvvələrin geri addım atmasına səbəb olmuşdur. Fransadan qanunsuz yolla Qarabağa səfər etmək istəyənlərin sülhməramlı qüvvələr tərəfindən geri qaytarılması məhz bu amilin təzahürüdür.
Görünür, sülhməramlı qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlığından ciddi nəticə çıxararaq nəhayət öz mandatlarına uyğun fəaliyyət həyata keçirməyə məcbur qalıblar. Hadisələr bundan sonra da bu istiqamətdə inkişaf etməlidir. Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz”.

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər