{category-title}

 

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz tərəfindən düşmən məğlub edildi . Və xalqımız, dövlətimiz düşmənlə savaş da qələbə ilə çıxdı- işğalda olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazibütövlüyü bərpa edildi. 
Bu sevinci və Qələbəni bizə yaşadan Ali Baş Komandanımıza və ordumuza dərin təşəkkürümüzü bildirirk.
Məlumdur ki, düşmənlə üz-üzə və qeyri-bərabər döyüşdə düşmən məğlubiyəti ilə barışmayıb mülkü əhalini belə ağır artilleriya ilə atəşə tutdu və xeyli sayda mülki vətəndaşlar şəhid oldu və onlara məxsus mülklər içtimai iaşə obyektləri dağıdılaraq yerlə yeksan edilmişdir. Düşmənin bu məkirli planından ziyan görən Ağdam rayonun da adı var. Ağdam rayonunda xeyli sayda mülki vətəndaş və mülki obyektlər ziyan görüb. 
Dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Ölkə Prezidentinin tabşırıq və sərəncamlarından dolayı dəymiş ziyanın aradan qaldırılması üçün siyahıya alınma prosesinə başlanmış və dövlət vəsiti ayrılmışdır. Hazırda Ağdam rayonunda siyahıya alma prosesi başlanıb və sona çatdırılmışdır. Lakin siyahıya alma prosesində xeyli sayda qeyri-obyektivliyə yol verilmişdir. Hansı ki, mülkləri tamamı ilə məhv edilmiş vətəndaşların siyahııya alınma prosesi zamanı güya ki, həmin obyektlərə ziyan dəymiş kimi qeyd edilmişdir. Baxmayaraq ki, həmin obyeklər dağılmış və qəzalı vəziyyətə düşmüşdür.
Bütün bu saxtakarlığın başında dayanan İqtisadiyyat Naziriyi yanın da Vergi Xidmətinin məsul vəzifəli şəxsi (Müşavir) Tariyel Quliyev dayanır. 
Reportyor.tv-yə müraciət edən Ağdam rayon Zəngişalı kənd sakini Quliyev Sərxan Vidadi oğlu bildirir ki, ailəsinə məxsus obyekt və ev dağılmış və qəzalı vəziyyətə düşmüşdür ki, o da dəymiş ziyanla hesablanmalı idi. Lakin Tariyel Quliyev qərəzli şəkildə həmin obyekləri zərər çəkmiş kimi siyahıya almışdır. Buna etiraz edən Sərxan Quliyevə Tariyel Quliyev kobud cavab verərək onu və Ağdam kişilərini təhqir etmişdir. 
Belə ki, Tariyel Quliyev S.Quliyevə zəng edərək onun harda olduğunu soruşmuş, S.Quliyev isə komisiya üzvülərindən bir nəfər nümayəndəni  Bərdə rayonunda yerləşən "ASAN" Xidmətinə apardığını bildirərək evdə olmadığını demişdir. Bu zaman Taryel Quliyev ona aqressiv şəkildə və kobudcasına "mən səni çox gözləməliyəm" demişdir. S.Quliyev isə ona sizin mənə dediyiniz nümayəndəni gətirmişəm. Daha sonra S.Quliyev ona dağılmış evlərini onlara göstərəcək bir nəfər şəxsin-kişi xeylağının olmadığını dedikdə, harınlamış məmur tipi T.Quliyev ona "600 evə baxış keçirmişəm və qarşıma bir kişi çıxmayıb, sən çıxmasan nə olacaq ki" deyərək kobud şəkildə təhqir etmişdir. Bundan sonra vətəndaş S.Quliyevlə məmur tipi T.Quliyev arasında mübahisə yaranmışdır. Mübahisə zamanı T.Quliyev ziyan çəkmiş vətəndaş S.Quliyevə "indi mən sənə dəymiş ziyanı elə qiymətləndirəcəm ki, heç sənə icra başçısı da kömək edə bilməyəcək." 
S.Quliyev bildirir ki, T.Quliyev dediyi kimi də etdi. Yəni dəymiş ziyanı dağılmış və qəzalı vəziyyətə düşmüş kimi yox zərərçəkmiş kimi syahıya alaraq qiymətləndirib. 
S.Quliyev onu da bildirir ki, aralarında yaranmış mübahisədən sonra ona məxsus obyektin VÖEN şəhadətnaməsini tələb edib almış və sonradan həmin şəhadətnaməni it-bata salmışdır. 
Və bundan sonra sənədlərini geri tələb edən S.Quliyevin adına VÖEN yox, atasının adına həmin üzərində vergi ödəyici hüquqları atasının adına verilmişdir.
Qeyd olunanlarla bağlı T,Quliyevin mövqeyini dinləməyə və dərc etməyə hazırıq
PS. Tariyel Quliyevin nəzərinə. Ağdamın qadınları kişilər  qədər mərd və qeyrətlidir. 
Qapını açan açan qadın olsa da, əsas odur ki, qapını döyən kişi olsun
Reportyor.tv

Son xəbərlər

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Bütün xəbərlər