{category-title}

Ötən il avtomobil qəzalarında neçə piyada ölüb? - AÇIQLAMA

 

Ötən il qeydə alınan yol-nəqliyyat hadisələrinin 57,8 %-ni (266 fakt) piyadaların vurulması təşkil edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, həmin qəzaların nəticəsində 106 nəfər (62,7 %) həlak olub, 169 nəfər (43,7 %) müxtəlif dərəcəli xəsarət alıb:

“Hadisələrin növünə görə analiz göstərir ki, qəzaların əksəriyyəti piyadaların nəqliyyat vasitəsi ilə vurulmasıdır. Bu da xidmət etdiyim İdarə və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Yol polisi bununla bağlı müxtəlif qabaqlayıcı tədbirləri davam etdirir. Növbəti illərdə hadisələrin sayının daha da azalması istiqamətində qabaqlayıcı tədbirlər davam etdiriləcək”.

V.Əsədov 2020-ci ildə avtobusların iştirakı ilə baş verən qəzaların statistikasına da toxunub. Onun sözlərinə görə, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib:

“Həmin qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 2019-cu il ilə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb”.

Vaqif Əsədov onu da əlavə edib ki, bütün göstəricilər üzrə azalma müşahidə olunub:

“Bunun əsas səbəbi yol polisi tərəfindən aparılan təbliğatın, qabaqlayıcı və məqsədli keçirilən tədbirlərin, yol polisi rəhbərliyinin ciddi nəzarətinin nəticəsidir.”

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər