Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi "Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.