{category-title}

“Rüstəm Muradov başqası ilə əvəzlənə bilər” - Bəyanat ortadadır

 44 günlük müharibənin nəticəsində əldə etdiyimiz qələbə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bunu nəinki biz, bütün dünya gördü. Fəqət hələ də cavabsız suallar var. Bunlardan ən başlıcası isə Xocavənd, Xocalı və Əsgəranın taleyidir. Axı oralar da tarixi Azərbaycan torpaqlarıdır. Axı oralarda da bizim babalarımız, atalarımız yaşayıblar. İkinci bir tərəfdən isə əgər heç bir qan qohumluqları yoxdursa, niyə rus sülhməramlıları erməni seperatçılarını bu qədər dəstəkləyir, onların hər “şıltaqlıqlarına” göz yumurlar, az qala, “nazları ilə oynayırlar”?! Və, ən nəhayət, hadisələrin inkişafı nələri vəd edir? Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya rəhbəri Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilməsi ehtimal olunan görüşdən sonra, yəqin, bu sualların çoxuna aydınlıq gələcək.

“Sherg.az” olaraq proqnozlaşdırılan variantları qiymətləndirmək və mövcud vəziyyəti nəzərdən keçirməkdən ötrü hərbi ekspert Ədalət Verdiyevlə söhbətləşdik. O, Azərbaycanın haqlı davasında sonadək mübarizə aparacağını bildirdi:

“Prezident, Ali Baş Komandan İlham Əliyevin də dünənki müşavirədə dediyi kimi, Xocavənd, Xocalı, Əsgəran Azərbaycan ərazisidir. Oraya ermənilərin yerləşməsi ölkə başçısının razılığı və rus sülhməramlılarının müşayiəti ilə həyata keçirilir. Müəyyən müddət sonra həmin ərazilər də tamamilə bizim nəzarətimizə keçəcək və bərpa işlərinə başlanılacaq. Zəngəzur təzminat olaraq qaytarıla bilər. Nəzərə almaq lazımdır ki, ermənilər otuz il ərzində bizə külli miqdarda ziyan vurublar. Amma bu, yaxın günlərin işi deyil. Əvvəlcə, zəruri araşdırmalara ehtiyac var. Azərbaycan hərbçisinə müqavimət göstərən istənilən əli silahlı terrorçudur və o, dərhal zərərsizləşdirilməlidir. Başqa cür ola bilməz. Anti-terror əməliyyatları isə hər an aktualdır. Bu, daha çox terrorçulardan və onları idarə edənlərdən asılıdır”.

Ə.Verdiyev, həmçinin bir neçə gün sonra baş tutacaq görüş barədə də fikirlərini bildirib:

“Məncə, bu dəfəki görüş daha konstruktiv keçəcək. Qazağın işğal altındakı kəndlərinin qaytarılması, sülhməramlıların özbaşınalığı, Naxçıvan dəhlizi, həmçinin əsirlərlə bağlı müəyyən məqamlar müzakirə ediləcək. Hər halda qarşı tərəf “Dəmir yumruq” zərbəsindən sonra özünü daha konstruktiv aparmağa meyilli kimi görünür. Ayrı-ayrı faktları çıxmaq şərtilə Azərbaycanın artan təzyiqləri qarşısında Ermənistan davranışı qismən məqbul hesab edilə bilər.

Fikrimcə, görüş bizim diktəmizlə keçəcək və nəticə maraqlarımıza uyğun olacaq. Əlbəttə, rus sülhməramlılarının separatçıları dəstəkləməsi dövlət başçısının diqqətindən kənarda deyil.

Bu məsələ Azərbaycan qanunverciliyi ilə hüquqi məsuliyyət yaradır. Yəqin, yanvarın 11-də baş tutacaq görüşdə bu cür halların qarşısının alınması barədə də müzakirələr gedəcək. Ümid edirəm ki, biz rus sülhməramlılarının komandiri Rüstəm Muradovla terrorçuların səmimi fotolarına daha rast gəlməyəcəyik.

Sühməramlılarla birbaşa mübarizə bizim üçün məqbul sayılmır. Çünki onsuz da konkret şərtlərlə imzalanan bəyanat ortadadır. Rusiyada Rüstəm Muradov kimi generallar kifayət qədərdir. İstənilən an o, başqası ilə əvəzlənə bilər”.

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər