pressxeber.info
pressxeber.info

Azərbaycanda bələdiyyə sədrinin meyiti tapıldı: Qız tanışı axtarılır - FOTO

12 dəfə baxılıb 7-01-2021, 10:22

Azərbaycanda bələdiyyə sədrinin meyiti tapıldı: Qız tanışı axtarılır - FOTO

 

İsmayıllı rayonunda Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun meyiti tapılıb. Onun ölümü ilə bağlı detallar da məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq, qız tanışı ilə orada gecələyib.

Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib. 

İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ocak 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi