{category-title}

Azərbaycan üçün təhlükəli vəziyyət yarana bilər (ŞƏRH)

 


Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq davam edir. Müxalifətin milliyyətçi kəsimindən sonra Ermənistanın nüfuzlu ictimai xadimləri, vəzifədən uzaqlaşdırılan məmurlar Paşinyana qarşı biləşərək onu istefa verməyə məcbur etmək istəyirlər. 

Paşinyan isə təslim olmaq niyyətində deyil. Belə ki, ölkəsinin Azərbaycana məğlub olmasının səbəbləri, habelə aparılan danışıqların detalları ilə bağlı bir-birinin ardınca məlumatlar yayan Paşinyan əsas rəqibləri olan Sarkisyan və Köçəryan cütlüyünü neytrallaşdırmaqdadır. Həmçinin, Ermənistanı siyasi və iqtisadi böhrandan çıxarmaq üçün yol xəritəsini elan edən baş nazir əhalidən 6 ay vaxt istəyib. 

Bununla, belə Paşinyan hakimiyyətinə əsas real təhlükə  "Qarabağ klanı” sayılmır. Müşahidəçilərin fikrincə, Ermənistanda Sarkisyan və Köçəryana qarşı münasibət çox pis olduğu üçün, nəinki özlərinin, hətta dəstəklədikləri şəxsin də hakimiyyətə gəlməsi çox çətindir. Bu səbəbdən də indi əsas diqqət keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana yönəlib. Vanetsyan da "Qarabağ klanı” kimi hakimiyyətə gəlmək üçün Rusiyadan dəstək almaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, Ermənistanda gözlənilən hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinin yekun həllinə necə təsir edəcəyini şərh edən politoloq Nəzakət Məmmədova Paşinyanın hakimiyyətdən getməsini indiki məqamda Azərbaycan üçün təhlükəli sayır: 

"Bizim üçün son dərəcə təhlükəli vəziyyət yarana bilər. Ermənistanda Qarabağ klanı və ya fərqi yoxdur, lap Rusiyapərəst Yerevan klanı olsun, Paşinyanı devirib, sonra isə özləri prosesi nəzarətə götürməyi planlaşdırırlar. 
 
Ermənistan prezidenti Armen Sarkisyan, nüfuzlu ictimai xadimlər, vəzifədən uzaqlaşdırılmış keçmiş nazirlər Paşinyana qarşı birləşib onu istefaya getməyə məcbur etmək istəyirlər. Artıq parlamentdəki fraksiyalarla bu barədə danışıqlar aparılır. Ermənistan prezidenti A. Sarkisyan növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Belə olan halda Paşinyan öz postunu itirərək, seçilmək şansından məhrum olacaq. 

Məsələnin təhlükəli tərəfi isə odur ki, Rusiya-Azərbaycan-Ermənistan dövlət başçıları arasında üçtərəfli razılaşmanın əsasında hələ yekun müqavilə imzalanmayıb. Orada statusun olacağı haqda nəsə deyilmir, lakin statusun olmayacağı haqda da nəsə deyilmir. Bu isə yekun müqavilədə status məsələsinin müzakirəsi təhlükəsini yaradır. Ermənistanda Paşinyana müxalifətdə olan hakimiyyətə iddialı Rusiyayönümlü qüvvələr dövlət başçılarının üçtərəfli razılaşmasını reallıq kimi qəbul etdiklərini, ona qarşı çıxmayacaqlarını bildirirlər, çünki əks halda bu, Putinin iradəsinə qarşı çıxmaq olardı, onların isə məqsədi Paşinyanı devirib Rusiyanın köməyilə hakimiyyətə gəlməkdir. Lakin həmin qüvvələrin hakimiyyətə gəlməsi bizim üçün problemi ikiqat ağırlaşdıracaq. İndiyə qədər Paşinyanla Putin arasında ziddiyyətlər bizə bu vəziyyətdən istifadə edib üstünlük qazanmağa imkan verirdisə, artıq bu olmayacaq. 

Rusiya və Ermənistanda hakimiyyətə gələn Rusiyapərəst qüvvələr birləşib ümumi mənafedən çıxış edəcəklər. Rusiya Paşinyanın əvəzində hakimiyyətə gətirdiyi qüvvələrin yerini möhkəmlətmək üçün Azərbaycanın maraqlarının tapdanması hesabına onlara hər cür yardım və dəstək göstərəcək. Bu qüvvələr həm də ona görə hakimiyyətə gətirilir ki, 5 il sonra Rusiya qoşunlarının regiondan çıxarılmasına mane olsunlar. Nəzərə almaq lazımdır ki, rus sülhməramlılarının çıxarılmasını həm Azərbaycan, həm Ermənistan tələb etməlidir. Vəziyyət belə gedərsə, Rusiya və Ermənistan birləşərək, Azərbaycanı təkləyəcəklər. Hər halda, hesab 2:1 onların xeyrinə ola bilər”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər