{category-title}

Ermənistan işğala görə Bakının tələb edəcəyi təzminatın altında qala bilər - GƏLİŞMƏ

 

Ermənistan və onun cəmiyyəti, eləcə də erməni diasporu İkinci Qarabağ savaşındakı kapitulyasiyanı yəqin ki, hələ uzun müddət “həzm etməli” olacaq. Çünki cəmi ikicə ay öncə belə acı aqibətə tuş gələcəyini xəyal belə etmirdi, əksinə, ölkənin avantürist rəhbərliyinin “yeni ərazilər uğrunda yeni müharibə” şüarına inanırdılar - bunun əvəzinə Azərbaycanın işğal altındakı ərazilərinin heç olmasa, bir qismini geri qaytarıb böyük sülh haqda düşünmək əvəzinə.

Bəllidir ki, Qarabağ danışıqları dövründə rəsmi İrəvan yalnız prezident Levon Ter-Petrosyanın hakimiyyəti zamanı (1997) konstruktiv mövqe tutub, atəşkəsi süni surətdə uzatmağa can atmayıb. Mərhələli həll tərəfdarı olan Ter-Petrosyan məhz böyük barışa aparan mərhələli varianta (bu varianta əsasən Dağlıq Qarabağın statusu sonraya saxlanılırdı) razılıq verdiyi üçün radikal qüvvələr tərəfindən öz kürsüsündən salındı. Bu da Ter-Petrosyanın o vaxt söylədiyi məşhur ifadədir, öz xalqını xəbərdar edərək demişdi ki, “bu gün Qarabağla bağlı bizə təklif edilənə razı olmasaq, zaman gələcək yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.

*****

Yəni hazırkı kritik duruma görə erməni xalqı ilk növbədə özünü və Qarabağ klanını, ölkənin radikal rəhbərlərini ittiham eləməlidir.

Ter-Petrosyanın müşaviri və o vaxtkı sülh danışıqlarında rəsmi təmsilçisi olmuş Jirayr Liparityan da hesab edir ki, öz bəlalarına görə ermənilərin özləri günahkardır. Onun sözlərinə görə, Ermənistan tərəfində daima radikallar əsas söz sahibi olub - baxmayaraq ki, Azərbaycan danışıqlarda bir qayda olaraq, xoşməramlılıq göstərib.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib.

“1997-ci ilin sentyabrında biz nəticəyə çox yaxın idik. Bakı xoş niyyət göstərdi, Ter-Petrosyan isə seçkilərdə qələbə sayəsində qazanılmış legitimliyi əldə etdi. Bizim Dağlıq Qarabağın statusu ilə bağlı suallarımız var idi, amma inam mövcud idi”, - deyə o qeyd edib.

Liparityana görə, barışığa gəlmək üçün Ermənistan müharibədən sonrakı status-kvonu pozmalı idi: “Ancaq onu qorumaq sonrakı hakimiyyətlərin əsas prioriteti oldu. Onlar Dağlıq Qarabağa bitişik bölgələri ”azad edilmiş ərazilər" adlandırmağa başladılar, biz isə “tutulmuş ərazilər” sayırdıq. Erməni tərəfində həmişə radikallar olub. Bir vaxt məni artıq satqınlıqda günahlandırırdılar. Xüsusilə erməni diasporunun təzyiqi ilə nəyin bahasına olur-olsun, “sona kimi getmək” ovqatı güclənməkdə idi. Ermənistan cəmiyyətində kompromis milli təhlükə ilə sinonimləşmişdi".

Müsahibənin sonunda o, öz xalqı adına daha bir etirafda bulunub: “Biz heç kimə qulaq asmaq istəmədik. Nə bizə müharibə elan edəcəklərini deyən azərbaycanlılara, nə də bizi xilas etməyəcəyi haqda xəbərdar edən Rusiyaya. Biz hesab elədik ki, zaman xeyrimizə işləyir və gözləməklə daha artığını əldə edəcəyik. Biz imkanlarımızı şişirtdik, rəqiblərimizi isə düzgün qiymətləndirmədik”.

*****

Bu qənaətlərlə razılaşmamaq çətindir. Artıq dünənədək qatı ermənipərəst olan, Azərbaycana qarşı daima aqressiv mövqe tutan və oyuncaq rejimi “müstəqil dövlət” kimi təbliğ edən rusiyalı avantürist deputat, Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin də erməniləri reallıqla barışmağa çağırır (beləcə, Azərbaycan Ordusu erməni olmayan ermənipərəstlərin də layiqli dərsini verib, onları öz yerlərində oturdub).

“Erməni tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu asanlıqla həll edilə bilməz”.

Konstantin Zatulin: Pridnestrovians demonstrate the will to maintain an inextricable link between PMR and Russian Federation | Новости Приднестровья

Bunu Zatulin deyib (Axar.az). Onun sözlərinə görə, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, bu, Ermənistan üçün pozitiv olmayacaq. O, həmçinin Ermənistanın məğlubiyyətdən nəticələr çıxarması gərəkdiyini bildirib və İrəvanı siyasi və iqtisadi böhranı aradan qaldırmağa, “güc toplamağa” səsləyib.

Nəticələrdən birini də Zatulin özü üçün çıxarsa, heç də pis olmaz...

*****

Bu arada məğlub Ermənistanda kapitulyasiya sonrası kritik və bədbin ovqat güclənməkdədir. Eyni zamanda nə qədər qəribə də olsa, erməni cəmiyyətində yeni bir müharibə xofu, yeni ərazilərin - bu dəfə Ermənistana məxsus ərazilərin itiriləcəyi ilə bağlı panika yaşanmağa başlayıb.

“Çoxları hesab edir ki, müharibə artıq bitib və bizim uşaqlarımız təhlükəsizlikdədir. Bu, tamamilə yalandır. Heç nə bitməyib və Nikol Paşinyan çox şey verə və məhv edə bilər”.

Bu sözləri öz facebook səhifəsində erməni hərbi ekspert Karen Vrtanesyan paylaşıb.

“1990-2018-ci illərdə Ermənistanın çox problemləri vardı. Paşinyan onların həlli üçün heç bir addım atmayıb. Müharibə bitməyib və o, hələ çox şey verə bilər. Böyük itkilərin olacağı müharibə riski acı reallıqdır. Bu riskin azaldılması üçün yeganə imkan Paşinyanın istefasıdır”, - deyə o əlavə edib.

Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Qarabağ danışıqlarında xüsusi nümayəndə olmuş David Şahnazaryan isə bugünlərdə verdiyi müsahıbədə deyb: “Şuşada artıq muğam səslənir... Cəmiyyətimizə elə gəlir ki, müharibənin bitdiyi yer budur. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarının gəlişi alqışa layiqdir. Ancaq növbəti müharibə Sünik (Zəngəzur - red.) uğrunda olacaq”.

*****

Bu cür düşünən başqa erməni siyasiləri də var.

“Ölkədəki son inkişafları izləyən hər kəs təəccüblənir: bu insanlar düşünmə qabiliyyətini, özünü qorumaq hissini tamamilə itirdilərmi? Bu faciə Qarabağın təhvil verilməsi ilə bitməyəcək. Gorus-Qafan yolu onsuz da praktik olaraq keçilməzdir, çünki yolun mühüm hissəsi azərbaycanlıların ərazisindən keçir. Sabah Mehrini itirəcəyik, ertəsi gün Vardenisi”.

Bu sözlər Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyana məxsudur.

Öz növbəsində Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov əmindir ki, Ermənistanın kapitulyasiyası erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsidir. Sitat: “44 günlük müharibə boyunca hökumət xalqı aldatdı. O, 100%-lik saxta informasiya verdi. İrəvan atəş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyan isə onun qarşısında selfi etdi. İlham Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun buna cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”.

Niyə də olmasın? Zəngəzur nə vaxtdan erməni torpağı olub ki? Özünün olmayanı qaytarmaq lazım gələcək. Gec, ya tez...
“Yeni Müsavat”

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər