{category-title}
Gündəm / Dünya
19.11.2020, 18:52
Erməni general Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğunu etiraf etdi
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Akopyan jurnalistlər qarşısında çıxış edərkən bildirib.
“Bu raketlərdən (“İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd edib.