pressxeber.info
pressxeber.info

Prezident: “Erməni xalqı görəcək ki, Azərbaycan rəhbərliyi altında daha yaxşı yaşayacaqlar”

10 dəfə baxılıb 17-11-2020, 13:41

Prezident: “Erməni xalqı görəcək ki, Azərbaycan rəhbərliyi altında daha yaxşı yaşayacaqlar”

 

Azərbaycan Ordusu erməni mifologiyasını, uydurmasını məhv etdi. Biz onları yerinə oturtduq. Bundan sonra onlar rəzalət damğası ilə yaşayacaq.

Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, düşmən bizim qarşımızda diz çöküb:

“Düşmən rəzalət damğası ilə yaşayacaq, biz isə qürur hissi ilə yaşayacağıq. Azərbaycan müzəffər xalq kimi, yenilməz ordu, güclü, iradəli dövlət kimi yaşayacaq”.

Ölkə başçısı 44 gün ərzində müntəzəm olaraq müxtəlif dövlətlərdən gələn təzyiqlərə baxmayaraq, qazanılan möhtəşəm qələbənin xalqımıza yaraşdığını vurğulayıb:

“Bu qələbə bizim dövlətimizə, igid oğullarımıza yaraşır. Bu qələbə gücümüzü göstərdi. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdı, barışmadıda. 17 il ərzində mən demişdim ki, heç vaxt imkan vermərik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını demişdim. Mənim çıxışlarım hər yerdə var. Mən bü sözləri demişəm və dediyimə əməl etmişəm.

İşğalçıları torpaqlarımızdan qovmuşuq, ərazi bütövlüyümüzü bərpa etmişik, ikinci erməni dövlətinin yaranmasına imkan verməmişik və heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, mütərəqqi Azərbaycan dövlətində bütün xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bizim erməni xalqı ilə işimiz yoxdu. Dəfələrlə demişəm ki, erməni xalqı görəcək ki, Azərbaycan rəhbərliyi altında onlar daha yaxşı yaşayacaqlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Aralık 2020    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi