{category-title}

Komendant saatı nə vaxt ləğv olunacaq? - AÇIQLAMA

 

Sentyabrın 27-dən ölkəmizdə komendant saatı tətbiq olunur. Müharibənin bitməsinə baxmayaraq komendant saatı hələ ki ləğv olunmayıb.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Modern.az-ın komendant saatının nə zaman ləğv olunacağı barədə sualını cavablandırıb. Onun sözlərinə görə, Azərbaycanda hərbi vəziyyətin elan olunması hələ ki gündəmdə qalacaq:

 

"Hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul olunmayıb. Erməni işğalçıları hələ də bizim torpaqlarımızı tam tərk etməyiblər. Qərar qəbul olunduqdan sonra komendant saatının ləğvi ilə bağlı tədbir görüləcək. Müəyyən məsələdir ki, ermənilər qrafikə uyğun olaraq bizim ərazilərimizi tərk etməlidir".

 

A.Nağıyev bildirib ki, komendant saatı boş yerə tətbiq olunmayıb:

 

"Ermənilər xisləti, niyyəti pis olan düşməndir. Onlar hər cür təxribat törətmək amalındadılar. Komendant saatının əsas məqsədi bu təhlükəni, bəlanı üzərimizdən sovuşdurmaq, təhdidin qarşısını almaqdır. Nə vaxt ki, təhdid məsələsi ortadan qalxacaq, o zaman komendant saatı ləğv ediləcək. Azərbaycan xalqı narazı deyil komendant saatının tətbiqindən, çünki hər kəs bilir ki, müharibədir və hər an hər şey ola bilər".

 

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər