{category-title}

 

Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA

 

Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunmaları üçün verdiyi tapşırığa əsasən görüləcək tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, həmin görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, Vətən Müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

İclasda şəhid ailələri və Vətən Müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib:

• Şəhid ailələrinin, müharibə əlillərinin və digər iştirakçılarının özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işlərinin daha da genişləndirilməsi;

• Şəhid ailələrinin və müharibə əlillərinin maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstəyin təmin olunması;

• Şəhid ailələrinin üzvlərindən və müharibə əlillərindən, müharibə iştirakçılarından işsiz və işaxtaran olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlara vakansiya məlumat bazasında olan iş yerlərinin təklif edilməsi, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, DOST İş mərkəzi tərəfindən də onlar üçün uyğun, münasib vakansiyaların təqdim edilməsi;

• Şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və digər iştirakçılarının məşğulluğunun təşviqi məqsədilə bu sahədə işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərə dair təkliflərin hazırlanması, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının əsasən bu istiqamətdə tətbiqi;

• Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələrinin bu məqsədlə tam gücü ilə işə salınması;

• Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində qurulmuş yüksək texnologiyalı protezlərin istehsalı sexində müharibə əlilləri üçün funksional protezlərin, bioprotezlərin istehsalına başlanması;

• Müharibə əlillərinin reabilitasiya vasitələri ilə təminatı işlərinin operativ həyata keçirilməsi;

• Erməni terroruna məruz qalmış mülki şəxslərə ehtiyac duyduqları sosial dəstəyin göstərilməsi, onların terror nəticəsində ziyan dəymiş, dağılmış kiçik müəssisələrinin bərpasına özünüməşğulluq proqramı çərçivəsində dəstək verilməsi, habelə erməni terroru nəticəsində heyvanları tələf olmuş mülki şəxslərə özünüməşğulluq proqramı çərçivəsində heyvanların alınıb verilməsi və s.

İclasda qeyd olunan istiqamətlərdə sosial dəstək tədbirlərinin təşkili və bu işlərin operativ və keyfiyyətli aparılmasına nəzarət məqsədilə işçi qrupların yaradılması qərara alınıb.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər