{category-title}

Özünü “ömürlük müəllim” adlandıran ABŞ-ın potensial BİRİNCİ LEDİSİ

 

Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Budəfəki yazımızın mövzusu Amerikanın yeni birinci ledisi olacağı gözlənilən Co Baydenin xanımı Cill Baydendir. 
 
Əsl adı Cill Treysi Yakobs olan xanım 3 iyun 1951-ci ildə Nyu-Cersi ştatılnın Hammanton şəhərində dünyaya gəlib. Uşaqlığını Pensilvaniyada keçirdən Cill Baydenin məktəb zamanı ən sevdiyi fənn İngilis dili olub. Karyerasını da bu mövzu üstünə quran Bayden, iki magistr diplomu əldə etdikdən sonra təhsilini Delaver Universitetində doktorantura pilləsində tamamlayıb.
Hələ məktəbdə oxuyarkən 15 yaşında yaşadığı şəhərdə ofisiant işləməyə başlayıb.
 
İş həyatına Vilminqton məktəbində müəllim vəzifəsi ilə atılıb. Bundan sonra Bayden ömrünün böyük bir hissəsində  kolleclərdə dərs demiş və daha sonra Ağ Evin dəstəyi ilə müvafiq universitet proqramları hazırlayıb. Amerikanın ikinci xanımı kimi təhsil və qadın problemləri haqqında çalışmalar aparmaqla birlikdə hərbçilərə və ailələrinə dəstək kompaniyasına rəhbərlik edib.
 
2007-ci ildə Cill Bayden, aztəminatlı uşaqlara kitab verən  və əsgər ailələrini dəstəkləyən bir təşkilat olan “Delaware Boots on the Ground”-da fəal fəaliyyət göstərib və “Kitab Dostları” fondunu  yaratmağa kömək edib.
 
İlk dəfə 1970-ci ildə Bill Stevenson ilə ailə qurduğu halda, ikinci evliliyi Amerika prezident namziədi Co Bayden ilə 1977–də baş tutub. 1981-ci ildə isə cütlüyün qızları Eşli Bayden dünyaya gözlərini açıb.  O, hazırda stilist kimi fəaliyyət göstərir.
 
Prezident namzədi Co Baydenin başından çox ağır hadisələr keçib. Belə ki, onun ilk evliliyindən olan iki uşağı faciəvi şəkildə vəfat edib. İlk xanımı və 1 yaşındaki qızını yol qəzasında itirən namizədin oğlu Bo Bayden, 46 yaşında beyin xərçəngi ilə mübarizə edərkən ölüb.
Birinci xanım olarsa, Şimali Virciniya Kollecində ingilis dili üzrə professor olaraq vəzifəsinə qayıtmağı planlaşdıran Cill Bayden, özünü “ömürlük müəllim” adlandırır.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər