{category-title}

Nasixa Qumarqızı: “Qarabağda bağlar çiçək açacaq!”

 

“Azərbaycan ordusunun hər qələbəsinə sevinirəm! İlham Əliyevlə fəxr edirəm!”

Uzyn.kz saytının məlumatına görə, Qazaxıstan Respublikasının ictimai xadimi, Qazaxıstan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq “Azərbaycan dünyası” jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızı Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bildirərkən belə söyləyib.

O, 1992-ci il Xocalı soyqırımını, Ağdam hadisələrini, Ermənistan ordusunun dinc sakinləri minaatanlardan atəşə tutması nəticəsində Füzuli bölgəsində kiçik Zəhranın ölümünü, o cümlədən son günlərdə Azərbaycanın münaqişə bölgəsindən uzaq şəhərlərinə gecə ballistik raketlərlə barbar hücumları, dinc şəkildə yatan qadınların, qocaların və uşaqların amansız şəkildə öldürülməsini ürək ağrısı ilə izlədiyini bildirib.

 

O, Azərbaycanı özünün müttəfiqi, müsəlman, türk qardaşı adlandıran bəzi ölkələrin rəsmən Azərbaycana, Prezident İlham Əliyevə mənəvi dəstək olmağa cəsarət edə bilmədiyini vurğulayıb:

“Azərbaycanın maddi dəstəyə, silah tədarükünə ehtiyacı yoxdur. Azərbaycan güclü ordu ilə təchiz olunub, kənar yardım və müdaxiləyə ehtiyac duymur. Atalar sözü boş yerə deyilmir: “Dost dar gündə tanınar”. Azərbaycanın azadlıq müharibəsi kimin kim olduğunu göstərdi”.

O, ölkəsi ilə Azərbaycan arasında münasibətlərin çox qədim tarixə malik olduğunu vurğulayaraq, 300 millətin yaşadığı Qazaxıstan xalqının Azərbaycana yalnız qələbə və doğma torpaqlarını işğaldan tamamilə azad etməsini dilədiyini qeyd edib.

“Hazırda Qazaxıstanda Azərbaycana dəstək aksiyaları güclənib. Yaşlılar da, gənclər də, hamı Azərbaycan xalqının nə qədər doğma olduğunu başa düşür. Hamı Qarabağın azad olunacağına inanır və ümid bəsləyir. Qarabağda bağlar çiçək açacaq!”, - deyə Nasixa Qumarqızı sözlərini yekunlaşdırıb.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər