{category-title}

Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb

 

Məktəblərdə COVİD-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.

Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib. O bildirib ki, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb ediliblər:

“Məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirilir. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub”.

Sektor müdiri bildirib ki, COVİD-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəssisələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.

Esmira Hacıyeva bildirib ki, aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində bir sıra çətinliklər aşkar olunub. Onun sözlərinə görə, çətinliklərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılıb:

“Oktyabrın 12-də Bakı şəhər Baş Səhiyyə İdarəsində uşaqlara ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesi təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.

COVİD-19 pandemiyası dövründə təhsil müəssislərində şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirir. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlməkdədirlər”, - deyə Esmira Hacıyeva bildirib.

Son xəbərlər

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib

“Semka” da həbs edildi

Bütün xəbərlər