{category-title}

Ceyhun Bayramov: “Düşmənin məqsədi bu münaqişəyə üçüncü tərəfi qatmaqdır”

 


“1994-cü ildə atəşkəs əldə olunandan 2018-ci ilə qədər biz danışıqlar vaxtının uzadılması, danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdiksə, 2018-ci ildən etibarən artıq bu danışıqlar prosesində fərqli gündəm yarandı. Hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan tərəfindən atılan addımlar və Ermənistanda formalaşan hərbi-siyasi rəhbərlik danışıqları tamamilə məhv etməyə başladı”.

Bu gün keçirilən brifinqdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, N.Paşinyanın idarəçiliyi altında Ermənistan 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hərbi təxribatlara başlayıb:

“Bu təxribatlar avqust ayında da təkrarlanıb. Eyni zamanda son olaraq sentyabrın 27-dən başlayaraq həyata keçirilən hərbi təxribatlar hadisələri dünya ictimaiyyətinə də açıq şəkildə göstərdi. Düşmən ilk gündən mülki əhalini, heç bir hərbi əhəmiyyəti olmayan məntəqələri ağır artilleriya atəşinə tutur.

Ermənilərin Azərbaycanın heç bir hərbi əməliyyatı olmayan yaşayış məntəqələrinə müxtəlif ağır artilleriyadan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 27 mülki şəxs həyatını itirib,143 nəfər isə ağır yaralanıb.

Bu yeni taktika deyil, düşmən bunu 1990-cı ilin əvvəlində də edib. Onun məqsədi əhali arasında panika yaratmaqdır. Lakin bu təxribatlar, provaksiyalar bitmir. Belə ki, daha bir təxribat Ermənistanın öz ərazisindən Azərbaycanın Daşkəsən, Şəmkir şəhərlərini, mülki yaşayış obyektlərini hədəfə alması oldu. Burada düşmənin məqsədi bu münaqişəyə üçüncü tərəfi qatmaqdır. Biz bunu başa düşürük”.

 

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər