pressxeber.info
pressxeber.info

Xaricdə yaşayan azərbaycanlılar ordumuza dəstək nümayiş etdirirlər

15 dəfə baxılıb 29-09-2020, 13:12

 

Xaricdə yaşayan azərbaycanlılar ordumuza dəstək nümayiş etdirirlər

 

Xaricdə yaşayan azərbaycanlılar, yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan soydaşlarımız sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdirirlər.

Bununla bağlı Diaspor komitəsi məlumat yayıb.

Onların bir qisminin paylaşımlarını təqdim edirik:

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl da sosial şəbəkə hesabında  “Qarabağ Azərbaycandır!” yazısı ilə  şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə “Instagram” izləyicilərinə müraciət edib:

“Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?”. 

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır:
“Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!”

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspaniya və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi “Instagram” səhifəsində üzərində “Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır” yazılmış  şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb “Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi