{category-title}
Gündəm / Olkə
25.09.2020, 16:54
Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.