{category-title}

 

 

 

Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib

 

Sentyabrın 25-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq məsələsinin aktuallıq qazandığını qeyd edərək, tədbir iştirakçılarına pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın beynəlxalq səylərə verdiyi töhfə, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatı Əlaqə Qrupunun Zirvəsinin çağırılması kimi bir sıra vacib təşəbbüsləri barədə məlumat verib.

Pandemiyanın yalnız sağlamlığa deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir, hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün trans-sərhəd ticarəti, bağlılığı və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər dənizi - Qara dəniz əməkdaşlığının inkişafında fəal rolundan danışıb.

Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə inandığını qeyd edən nazir Ceyhun Bayramov, bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin müstəqilliyə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət etmələrinin zəruri olduğunu səsləndirib.

Tədbir zamanı çıxışında BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb.

İyulun 12-16-da iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd olunub. Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətini arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət, öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaq.

Məlumat üçün bildirmək istərdik ki, QDİƏT Xarici İşlər nazirlərinin video-konfrans formatında iclasında 12 üzv ölkədən yeddi ölkə Xarici İşlər nazirləri, beş ölkə isə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi çıxış edib.

Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib

Son xəbərlər

İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik

Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Bütün xəbərlər