{category-title}

 

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda

 

AFFA-nın, İsmayıllı Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Rauf Əliyev, Novruzəli Aslanov və Sabir Hacıyev iştirak edib.

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllı rayonunda futbola böyük maraq göstərən Hacıhətəmli və Mollaisaqlı kənd məktəblilərinin iştirakı ilə keçirilib. Qonaqlar əvvəlcə məktəbin təhsil və idmanda qazandığı uğurlara aid sərgi və stendlə tanış olub. Onlara bu uğurlar barədə ətraflı məlumat verilib.
Sonra layihə çərçivəsində futbola marağı artırmaq məqsədi ilə oğlan və qızlardan ibarət 50 məktəbli uşağa idman geyimləri və futbol topları hədiyyə olunub. Gənc həvəskar futbolçular bu idman növü üzrə öz bacarıqlarını qonaqlara nümayiş etdiriblər.

Qeyd edək ki, Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin əsasında keçirilir.

Tədbir iştirakçıları idmana və gənclərə olan qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin, tədbirin onların kəndində keçirildiyi üçün rayon rəhbərliyinə və AFFA-ya eləcə də Millət Vəkillərinə təşəkkür ediblər.

Xatırladaq ki, Hacıhətəmli kənd tam orta məktəbinin qızlardan ibarət komandası 2014-2015 mövsümündə U13 qızlar arasında keçirilmiş futbol üzrə Respublika birinciliyində bütün rəqiblərini məğlub edərək çempion olmuşdur.

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər