{category-title}

 

Dövlət İdarəçilik Akademiyası Ramiz Mehdiyevlə Əli Həsənovu kafedra müdirliyindən çıxarır - Rəsmi ELAN

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındaki 6 kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Modern.az-ın məlumatına görə, bunlar aşağıdakı kafedralardı: 

Politologya  və siyasi idarəetmə  - kafedra müdiri
Dövlət qulluğu və kadr siyasəti  -  kafedra müdiri
Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri
Dövlət idarəetməsi  və menecment  - kafedra müdiri
Fəlsəfə və sosial psixologiya  - kafedra müdiri
Dillər - kafedra müdiri 


Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

“Sənədləri bu elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”,-deyə Akademiya bəyan edib.

Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.

Modern.az-ın məlumatına görə, elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyası arenasında tanınmış simalar rəhbərlik edirlər.

Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, yarandığı gündən indiyədək Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.

Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.

Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.

82 yaşlı akademik Ramiz Mehdiyevin, eləcə də sağlıq durumundakı ciddi problemlemlər səbəbindən hazırda Türkiyədə müalicə olunan Əli Həsənovun yenidən həmin kafedraların müdirliyinə öz namizədliklərini irəli sürəcəyi inandırıcı görünmür...

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər