{category-title}

 

Sabah səhər yağış yağacaq

 

Sentyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz  26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa  yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.  

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 8-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz  18-22 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz: Sentyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər