{category-title}

Onlayn dərslər üçün lazım olan - 6 ƏN ÖNƏMLİ ƏŞYA

 

 

Əgər Məhəmməd məktəbə getmirsə, məktəb Məhəmmədgilə gələr... Bu il dərs üçün evi tərk edib, xüsusi harasa getməyə ehtiyac olmayacaq. Məktəblər, universitetlər özü sizin evinizə gələcək. Qonağı layiqincə qarşılaya bilmək üçün dərs masasını təkmilləşdirməyə hazırsınız?

“Kontakt Home”la birlikdə dərs ili üçün tam “silahlanırıq”! Beləliklə, başladıq:

1. İşlərinizi görəcək – NOUTBUK

İlk olaraq sizə ehtiyacınızı qarşılaya biləcək noutbuk lazım olacaq. HP-nin az büdcəli və sevilən modeli əla seçim ola bilər. Dərslərinizin rahatlığı üçün sizə lisenziyalı Windows və Ofis proqramları lazım olacaq. Əgər tələbəsinizsə demək, bəxtiniz gətirdi. “Kontakt Home” bütün HP noutbuklarını alan tələbələrə bu proqramları hədiyyə edəcək. Bunun üçün alış zamanı sadəcə tələbə biletini təqdim etməyiniz kifayətdir.

Yox, əgər standart parametrli noutbukdan daha artığına ehtiyacınız varsa, o zaman Acer Aspire 3 100% bəyənəcəyiniz model olacaq. Güclü “Core i5” prosessor və 1TB yaddaş bu noutbukda daha çox faylla eyni anda işləmək imkanı verəcək. Yeri gəlmişkən, “Kontakt Home”da bu noutbuku ayda cəmi 49,95 manat ödəməklə əldə etmək olar.

2. Ən yaxın dostunuz – SMARTFON

Evdə 2 uşaqsınız və 1 noutbuku bölə bilmirsiniz. Onda mütləq güclü smartfonunuz olmalıdır.

Onlayn dərslər üçün smartfon seçərkən batareyasına xüsusi önəm verin. Əks halda ya dərsi yarımçıq tərk etmək məcburiyyətində qalacaq, ya da elektrik yuvasının yanından ayrılmamalı olacaqsınız. Bu şəkildə smartfondan istifadə isə həm sizin sağlamlığınıza, həm də smartfonun işləməyinə zərərdir. Xiaomi Redmi Note 9 smartfonu ilə 1 deyil, hətta 2 növbənin dərslərində rahat əyləşə biləcəksiniz. Təbii ki, telefonun tək üstünlüyü batareyası deyil. Maraqlı dizaynlı bu modelin 4 (48 mpx + 8 mpx + 2 mpx + 2 mpx) əsas və 1 (13 mpx) ön kamerası var. Onlayn bağlantı zamanı görüntü problemi yaşamayacaqsınız. Əminliklə əlavə edirik ki, 2020-ci ilə aid bu smartfon yaxın dostunuza çevriləcək.

3. Yol yoldaşınız olacaq – PLANŞET

Onlayn dərslərin bir üstünlüyü odur ki, evdə sıxılan zaman lap təbiət qoynunda dərslərə qoşula bilirsiniz. Amma ordan bura, burdan ora noutbuk daşımaq çətinlik yarada bilər. Belə olan halda sizin ən yaxşı yol yoldaşınız planşet olacaq. 8 düym ekranlı Samsung Galaxy Tab A 8.0 planşetini sınayın. Kompakt ölçüsünə baxmayaraq, bu model kifayət qədər böyük ekrana və batareyaya sahibdir. Bu da cihazın iş saatını uzunmüddətli edir. Fikriniz heç nəyə yayınmadan onlayn dərslərdən yararlana biləcəksiniz. Bu cihaz asudə vaxtlarınızda da sizin köməkçiniz olacaq – istər film izləyin, istərsə də oyun oynayın.

4. Heç kimə mane olmamaq üçün QULAQLIQ-dan istifadə edin

Onlayn dərslər zamanı ailə üzvlərinizə mane olmaq istəmirsinizsə, mütləq yaxşı qulaqlığınız olmalıdır. Qulaqlıqsız dərsə qoşulmağınız həm də müəllim üçün narahatlıq yarada bilər. Səsiniz əks səda verə ya da uzaqdan eşidilə bilər. Bu isə dərsin keyfiyyətini aşağı salır. Qulaqlıq seçərkən yaxşı səs keyfiyyəti ilə bərabər qulağa rahat oturmağına fikir verin. Uzun dərslərdən sonra bir də başağrısı çəkmək heç kimə lazım deyil. Yaxşı seçilmiş qulaqlıq həm dərslər zamanı, həm də asudə vaxtınızda keyfiyyətli musiqidən zövq almağınıza kömək olacaq. Qatlana bilən Canyon modeli qulaqlıqlar bu parametrlərə tam cavab verir. Üstəlik büdcə dostudurlar. “Kontakt Home”da bu dəbli qulaqlıqları cəmi 29.99 manata ala bilərsiniz.

5. Dərs otağının əvəzsiz avadanlığı – PRİNTER

Dərs otağının tamamlanması üçün üçün bircə printeriniz çatmır. Ev tapşırıqlarını, elektron mühazirələri və ya dərsliklərin müəyyən qismini çap etmək üçün əlimizdən tutan məhsuldur printer. “Back to School” kampaniyası çərçivəsində bütün Canon printerlərini “Kontakt Home”da 12 ay faizsiz şərtlərlə eldə etmək olar. Biz bu fürsəti qaçırmayın deyirik.

6. Bütün dərsliklər bir cihazda – ELEKTRON KİTAB

Çap etmək istəmirsiniz, lakin kitab oxumağı çox sevirsinizsə, PocketBook elektron kitabı tam sizlikdir. Bu cihaz bütün pdf formatlı faylları dəstəkləyir. Bu o deməkdir ki, bədii ədəbiyyatlarla yanaşı, e-derslik saytından sizə lazım olan kitabları yükləyib buradan oxuya biləcəksiniz.

Beləliklə, kitablarınız hər zaman yanınızda olacaq. Cihaz cibə və əl çantasına yerləşdiyi üçün özünüzlə istədiyiniz yerə də apara biləcəksiniz. Ən əsası elektron kitab gözlərinizi yormur. Sağlamlığınızın qeydinə qalaraq təhsil alın.

Bütün bu məhsulları “Back to school” kampaniyası çərçivəsində “Kontakt Home”dan çox sərfəli nağd və 18 ayadək hissəli alış təklifləri ilə almaq imkanınız var. Üstəlik, endirimli nağd qiymətləri taksit kartları ilə 18 bərabər hissəyə bölərək də ala bilərsiniz.

Bundan başqa, “Kontakt Home” tələbələr üçün xüsusi hissəli alış şərtləri təqdim edir. İstər Bakı, istərsə də bölgə qeydiyyatlı tələbələr sadəcə tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə “Kontakt Home”dan dəyəri 1200 manatadək olan məhsulları ilkin ödənişsiz şərtlərlə ala bilər.

Təklifləri dəyərləndirmək və ya öz zövqünüzə uyğun təklif formalaşdırmaq üçün Kontakt Home mağazalarına yaxınlaşın yaxud kontakt.az saytından onlayn sifariş verin. Kontakt Home əməkdaşları ən qısa zamanda sizinlə əlaqə yaradacaq, sifarişinizi rəsmiləşirəcək və qısa zamanda ünvanınıza çatdıracaqlar.

 

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər