{category-title}

Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi başlandı

 

 

Respublikamızın bəzi regionlarında meliorasiya və su təsərrüfatı sahəsində son dövrlərdə yaranan problemlərin aradan qaldırılması, əhalinin su təchizatının daha da yaxşılaşdırılması üçün proqram xarakterli ardıcıl tədbirlər görülməkdədir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, belə tədbirlərdən biri daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əmək haqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Rövşən Pənahovun həmin vəzifədə işləyərkən şəxsən və digər şəxslərin vasitəsi ilə 2017-2019-cu illər ərzində idarənin işçisi kimi rəsmiləşdirilən digər şəxslərin adına açılan əmək haqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla 36 min 980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36 min manat olmaqla, ümumilikdə 72 min 980 manat məbləğində dövlət əmlakını mənimsəməsinə də əsaslı şübhələr yaranıb.

Qeyd edilən xüsuslarla əlaqədar olaraq, Baş İdarədə fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.3.2 ( təkrar rüşvət alma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvət alma) cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların ətraflı yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər