{category-title}

Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

 

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən Azərbaycan Beynəlxalq Bankı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib.

Axar.az xəbər verir ki, belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək.

Növbəti mərhələdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı həmin layihələri beynəlxalq Kraudfandinq platforması olan “Kickstarter”-də yerləşdirəcək. Beləliklə, bu startapların kollektiv maliyyələşdirilməsi üçün Kraudfandinq kampaniyasına start veriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə startaplara dəstək məqsədilə özünün IBA İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

 

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər