{category-title}

Balaca gimnastımız Mina Abbasova haqqında film təqdim edildi - VİDEO

 

 

 

Azərbaycanı dünyanın müxtəlif beynəlxalq idman arenalarında layiqincə təmsil edən 10 yaşlı balaca gimnastımız Mina Abbasovanın uğurlu idman karyerasını əks etdirən sənədli film (azərbaycan və rus dillərində) artıq sosial şəbəkə izləyicilərinin ixtiyarına verilib.

Press.az xəbər verir ki, filmdə Mina Abbasovanın 5 yaşından indiyə qədər iştirak etdiyi bədii gimnastika üzrə beynəlxalq turnirlərdən foto və videoları cəmlənib. Eyni zamanda çempionun öz dilindən qalibiyyət təəssüratları da geniş yer alıb.

Film üzərində peşəkar yaradıcı heyət (Telli Pənahqızı, Cavid İmamverdiyev, Samir Qulamov, Hikmət Şahverdizadə, Yusif Şəfiyev, Ömər Kutiyev, Teymur Abdullayev, Məhəmməd Məhəmmədov, Natiq Muxtarov, Razimə İsmayılova) işləyib.

Gənc rejissor Samir Qulamov bizimlə söhbətində bildirdi ki, film hazır olandan sonra təbii ki, balaca qəhrəmanımızın iştirakı ilə təqdimat mərasimini keçirməyi planlaşdırırdıq.

Lakin dünyanı cənginə alan pandemiya nəzərdə tutulan planlarımızı reallaşdırmağa imkan vermədi. İndi Mina Bakıda tətildə olsa da, çox təəssüf edirik ki, biz təqdimatı keçirə bilmədik. Bilirik ki, qəhrəmanımız sizi də məftun edəcək, fikirlərinizi bildirin... Bir daha Minaya uğurlar arzulayırıq" — deyə Samir Qulamov hamını rejissoru olduğu sənədli filmə baxmağa dəvət etdi.

Qeyd edək ki, Mina Vüsal qızı Abbasova 2010-cu ildə Bakı şəhərində anadan olub.

Hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmaüllü məktəbin 6-cı sinfinə keçib.

İdman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlayan Mina qısa vaxt ərzində “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülub. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür.

İstedadlı idmançımız ilk illərdə iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, 2018-ci ilin avqustundan Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış etməyə başlayıb.

Mina indiyə qədər dünyanın müxtəlif ölkələrində — Azərbaycan, Macarıstan, Polşa, İtaliya, Rumınya, Almaniya, Sloveniya, Xorvatiya, Lüksenburq ve digər ölkələrdə 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.

Onun ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Ugur olsun, Mina!

Press.az olaraq həmin filmi iki dildə sizə təqdim edirik.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər