{category-title}
Gündəm / Siyasət / Olkə
11.08.2020, 13:01
"Bu hər iki ölkənin marağındadır" - Serbiya Baş Nazirinin müavini
“Bugünkü görüşdə ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik”.
Unikal.org-un xəbərinə görə, bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.
“Biz əməkdaşlığımızın mərkəzində olan bütün məsələləri müzakirə etdik”, - deyə serbiyalı nazir bildirib.
O qeyd edib ki, görüşdə bütün münaqişələrin BMT prinsipləri əsasında və sülh yolu ilə həlli vurğulanıb: “Düşünürəm ki, bu ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.