{category-title}

Sosial şəbəkələrdə ən çox müzakirə olunan binadan - Video

 

 

Son günlər Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib.
“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib.
Tikintini həyata keçirən "A.R.&Ko" MMC-nin rəsmisi, iş icrası Sədi Mirzəyev bildirib ki, vaxtilə “Badükübə” şirkəti tərəfindən tikintisi aparılan bu bina 16+1 mərtəbəli nəzərdə tutulub: “Layihə də, binanın təməli də buna uyğun nizamlanıb, sonrakı tikinti işləri də bu layihəyə uyğun aparılıb. 2012-ci ildə müəyyən səbəblərdən 15-ci mərtəbədən sonra binanın tikintisi dayandırılıb. Buna görə də binadan mənzil alan 12 nəfər zərərçəkmiş evsiz qalıb. Məhkəmənin qərarı ilə 16-cı mərtəbədə tikinti işləri aparılır. Artıq 6 nəfər zərərçəkmiş mənzillə təmin olunub. Avqustun 4-də də bütün aidiyyatı qurumlar gəlib yerində yoxlama aparıb, sənədlərə təkrar baxış keçiriblər. Bütün sənədlər, hər şey qaydasındadır. Biz bu işləri dövlətin qərarı və tapşırığı ilə görürük”.

S.Mirzəyev tikinti zamanı binada yaşayan şəxslərin həyatı üçün hər hansı təhlükənin olub-olmamasından danışıb: “İşlərin demək olar ki, 90 faizi görülüb. Beton tökmə, divarların hörülməsi başa çatıb. İndi yalnız suvaq işləri və digər xırda işlər qalıb. Hazırda tikinti davam edir. Bacardığımız qədər maksimal normada tikinti və təhlükəsizlik qaydalarına riayət edirik. Binanın tikintisi 2006-cı ildə başlayıb. 2012-ci ildə isə dayandırılıb. 2019-cu ilin sonunda bizə tikintini davam etdirmək üçün icazə verilib və tikintiyə başlanılıb. Binanın uşaq əyləncə yerləri və fasadın təmiri ilə birgə tam təhvil verilməsi ilin sonunda, amma mənzillərin tikilib təhvil verilməsi oktyabrda başa çatacaq”.
Ərazidə olarkən müşahidələrimizdən məlum oldu ki, binada bir çox mənzil hazırda boşdur və o mənzillərin heç pəncərələri belə yoxdur. Bu mənzillər bir neçə şəxsə satılan və hazırda məhkəmə çəkişməsində olan evlərdir.
Qeyd edək ki, sözügedən binanın tikilməsi bir neçə cinayət işinə səbəb olub və sonda qətllə nəticələnib. Belə ki, ilk olaraq “Badü-Kübə” MTK-nın təsisçiləri Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3,9 milyon manat pulu mənimsəyiblər. İstintaq materiallarına görə, "A.R.&Ko" MMC-nin direktoru Asif Əsədullazadə də "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632 min manat ələ keçirib. “Bandotdel”in apardığı istintaq nəticəsində hər üç şəxs həbs olunub. Daha sonra Ədalət Qəmbərov adlı şəxs MTK-ya direktor təyin olunub.
Bundan sonra A.ƏSədullazadənin oğlu Türkel Əsədullazadə Ədalət Qəmbərova bildirib ki, N.Əliyev və Z.Cabbarovala olan razılaşmaya görə, hazır binadan ona 3500-4000 kv.m yaşayış sahəsi verilməlidir. Ədalət Qəmbərov isə Əsədullazadələrdən binanın tikintisində onların payçı olmasını sübut edən sənədləri tələb edib. Lakin Əsədullazadələr bu sənədləri toplaya bilmədiyi üçün məsələ münaqişəyə çevrilib. 2010-cu ilin iyunun 5-də elə həmin binada Türkel Əsədullazadə atasının ov tüfəngi ilə Ədalət Qəmbərovun mühafizəçisi Samid Məmmədovu güllələyərək öldürüb. Bundan sonra da binanın tikintisi dayandırılıb. İndi isə binanın əlavə mərtəbəsini Asif Əsədullazadənin şirkəti davam etdirir.
Türkel Əsədullazadə məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Nəsib Əliyev isə “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb və ifadəsində general Akif Çovdarovun tələbi ilə yeni tikilən binadan MTN-nin müəyyən etdiyi adamlara 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi verdiklərini, həmin evlərin isə bundan əvvəl başqa şəxslərə satılmış evlər olduğunu deyib.
Məhkəmənin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Asif Əsədullazadəyə isə şərti cəza verilərək azadlığa buraxılıb.

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər