{category-title}

Azərbaycanlı şagird Rusiyadakı “Kurçatov” olimpiadasında üçüncü yeri tutub

 

Rusiyada yaşayan azərbaycanlı Ruslan Əliyev fizika üzrə ümumrusiya “Kurçatov” olimpiadasında uğur qazanıb.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Rusiyanın Vahid Qeydiyyat Sisteminin internet səhifəsində yerləşdirilən məlumata əsasən, Moskvanın 2033 saylı orta məktəbinin VIII sinif şagirdi Ruslan Əliyev yarışın final mərhələsində 50 mümkün baldan 46 bal toplayıb və üçüncü yeri tutub. Finalda 100 şagird iştirak edib.

Ruslan Əliyev 2005-ci il martın 28-də Moskvada, azərbaycanlı iş adamı Tələt Əliyevin ailəsində dünyaya göz açıb. Azyaşlı soydaşımız fizika və riyaziyyat fənlərinə xüsusi maraq göstərir.

Qeyd edək ki, ümumrusiya “Kurçatov” olimpiadası 2012-ci ildən başlayaraq hər il keçirilən nüfuzlu intellektual yarışdır. Bu olimpiadada 6-11-ci sinif şagirdləri iştirak edə bilirlər. Olimpiadanın təşkilatçıları arasında “Kurçatov İnstitutu” Elmi-Tədqiqat Mərkəzi, Moskva Şəhər Təhsil İdarəsi, Moskva Fizika-Texnologiya İnstitutu və Sankt-Peterburq Dövlət Universiteti də var.

Əsas məqsədlərdən biri şagirdlərin elmi fəaliyyətə marağını üzə çıxarmaq, ən istedadlıları ölkənin aparıcı texniki universitetlərində təhsil almağa cəlb etməkdir. Olimpiada Rusiya Məktəbli Olimpiadaları Şurasının siyahısına daxil olmaqla, fizika üzrə I, riyaziyyat üzrə II səviyyəyə malikdir.

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər