{category-title}

Nikol Paşinyan çabalayır və Sej Sərkisyanın səhvini təkrarlayır - Düşmənin tam fiaskosu uzaqda deyil

 

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Baş verənləri, Ermənistanın təxribatının arxasında hansı məqsədlərin dayandığını “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusu hücuma keçib, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib: “Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Ordusunun gücü, qətiyyəti, döyüş qabiliyyətinin yüksək olması, ruh yüksəkliyi bir daha hər kəsə nümayiş etdirildi. Düşmən bundan nəticə çıxarmalıdır. Düşmən bundan da nəticə çıxarmalıdır ki, Azərbaycan xalqı ərazi bütövlüyü məsələsində ordusunun, dövlətinin, Ali Baş Komandanının ətrafında sıx birləşb. İstənilən savaşda bu cür birlik həlledici amillərdəndir. Ermənistan xalqı isə bölünmüş vəziyyətdədir, öz hakimiyyətinə inanmır artıq”.

Politoloqun sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Həmin qüvvələr Azərbaycanı zəiflətmək üçün hərbi təxribatlara əl atırlar. Lakin təxribatlarının qarşısını Azərbaycan Ordusu alır. Bundan sonra da alacaq: “Prezident İlham Əliyevin Soçidə ”Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ona görə də İrəvan aranı qatmaq üçün cəhdlər edir. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Nikol Paşnyan daxildə xalqın get-gedə ondan üz döndərdiyinin və xalqın problemlərini həll etməık imkanından məhrum durumda olmasının fərqindədir. Azərbaycanla sərhəddə hərbi təxribat törətməklə xalqın diqqətini daxili problemlərdən yayındırmaq istəyir. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin yanılır. Necə ki, 2016-cı ilin aprelində Ermənistanın hücumunun Azərbaycan Ordusu tərəfindəın darmadağın olunması və Ermənistan ordusuna sarsıdıcı zərbə endirilməsi Serj Sərkisyan hakimiyyətini laxlatdı və az sonra dağıtdı, indi də Paşinyan iqtidarı bu taleni yaşaya bilər.

Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Hərbi təxribatlar onun hakimiyyətinin sonunu daha da yaxınlaşdıracaq".

Q.Hüseynli qeyd etdi ki, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır: “Ermənistan hakimiyyətinin uydurmaları, Tovuz istiqamətində ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyalarına başlanıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Paşinyan erməni əsgərlərini öz siyasi məqsədləri üçün qırğına verməkdə suçlanır.

Paşinyan hakimiyyəti isə xalqı sakitləşdirmək üçün növbəti yalanı xalqa sırımağa çalışır. Guya Azərbaycanın hərbi bölmələrinin mövqeyini ələ keçirdikləri barədə yalanı tirajlayırlar. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Artıq Paşinyanın yalanlarına inanmırlar”.

Həmsöhbətimiz vurğuladı ki, iyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycanın müasir silahlarla, texnika ilə təchiz edilmiş güclü nizami ordusu var: “Bu ordu düşmənin istənilən təxribatına cavab verməyə və torpaqlarımızı azad etməyə qadirdir. Ordumuza güvənirik. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycanla Ermənistan sərhədindəki son insident 2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər. 4 ildən sonra Azərbaycanın pilotsuz uçuş aparatları yenə erməni hərbi məntəqələrini hədəf seçdi və Azərbaycan Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu sərhəddəki insidentin miqyasını göstərdi: “Ümumiyyətlə, 2016-cı ilin aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən Ermənistanın baş nazirinin Şuşada ”andiçmə" mərasiminin təşkilinə səbrli yanaşacaq. Əgər bunu düşünürlərsə, demək, Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən azərbaycanlılar da səbrli yanaşmır.

4 il əvvəl apreldə olduğu kimi Azərbaycan Ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu son deyil.

Ermənistanın istənilən təxribatı müharibəni alovlandırmaq gücünə malikdir. Azərbaycanla Ermənistanın fərqi odur ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün, müharibə tələb edir. Misal üçün sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri artıb, gənclərin küçələrə spontan axışı müşahidə edilib. Ermənilər yanlış olaraq düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən, danışıqlar nəticə vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə, Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin başlamasına mane olmur".

Ekspertin fikrincə, sərhəddəki insident Azərbaycanla Ermənistan arasındakı başqa fərqləri də göstərdi. Birincisi, Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqladı. Bu, beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə məlumat vermir. Halbuki erməni sosial şəbəkə istifadəçiləri arasında Ermənistanın itkiləri ilə bağlı müzakirələr gedir: “Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəraitində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır. Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləri ilə əlaqəli idi. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil.

İkincisi, Ermənistan sərhəddəki insidentdən dərhal sonra sağa sola, hara mümkündürsə, şikayət etməyə başlayıb. Xarici işlər naziri Zöhrab Mnasakanyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasosa zəng edib təşkilatın Ermənistana dəstək verməsini istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə baş verməsi Ermənistana KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin artırıllmasına nail olmaqdır. Hələ ki bu saata qədər KTMT üzvləri Ermənistana birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub. Ermənistanın müdafiə naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir cümlə də işlədib: “Ermənistan ordusu təxribatlara ancaq cavab hüququndan istifadə edir, ancaq təxribatlar davam edərsə, lazımi mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər”.

Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan Ordusu buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını davam etdirəcək. 2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan Ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan Ordusu Naxçıvan istiqamətində strateji yüksəkliyə nəzarəti ələ keçirdi".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanın Tovuz rayonu istiqamətində artilleriyadan istifadə edərək ordumuzun bölmələrinə qarşı təxribatları cavabsız qalmadı. Ermənistan tərəfinin əsas məqsədi Qərb bölgəsində Azərbaycanın bir neçə yüksəkliyini əldə edərək Qərbə açılan qapımıza nəzarət etmək idi. Lakin Azərbaycan Ordusu onları geri oturtdu. Düşmənə vurulan cavab zərbələri ciddidir və bu bir daha göstərir ki, işğalçı ölkənin məkrli planı fiaskoya uğrayır.
“Yeni Müsavat”

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər