pressxeber.info
pressxeber.info

Azərbaycanlı azarkeşlərin NƏZƏRİNƏ: Stadiondan futbola baxmaq qadağan edildi

113 dəfə baxılıb 10-07-2020, 11:01

Azərbaycanlı azarkeşlərin NƏZƏRİNƏ: Stadiondan futbola baxmaq qadağan edildi

 


2020/2021 mövsümündə Azərbaycanın futbol azarkeşləri avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcək.

 

PressXeber.info xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin keçirilmiş iclasında qəbul olunub.

 

Qərara əsasən, avqustda başlayacaq növbəti mövsümdə UEFA bayrağı altında keçirilən yarışlar azarkeşsiz keçiriləcək. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi halda, mövsümün gedişatında dəyişdirilə bilər.

Qeyd edək ki, yeni mövsümdə “Qarabağ” 18-19 avqustda Çempionlar Liqasında mübarizəyə başlayacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizəyə avqustun 27-də qoşulacaq. Dörd komandamız müvafiq turnirlərin I təsnifat mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqasında matçlar pley-offadək, Avropa Liqasında isə qrup mərhələsinədək bir qarşılaşmadan ibarət olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi