{category-title}

 

Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır

 

Ölkədə pandemiya yayılandan sonra avtomobil bazarında da ciddi dəyişikliklər baş verib. Bunun bariz nümunəsi paytaxtda fəaliyyət göstərən maşın bazarlarının bağlanmasıdır. Digər tərəfdən, ölkəyə xaricdən avtomobil gətirilməsində də problemlər yaşanır. İnsanların maddi vəziyyətlərinin geriləməsi və evdən çıxmalarının məhdudlaşdırılması da avtomobil satışına təsir etməyə bilməz.

Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a verdiyi açıqlamada bunları təsdiq edib:

“Avtomobil bazarında həddən artıq zəifləmə var. Paytaxtda bazarlar bağlıdır. Sərt karantin rejimi tətbiq edilməyən bölgələrdə bazarlar açıq ola bilər. Amma o ərazilərdə də qiymət artımı var. Alıcılıq qabiliyyəti aşağı olduğuna görə internet resurslarında avtomobil qiymətlərinin ucuzlaşdığını görürük. Hətta yeni avtomobil bazarında xeyli ucuzlaşma var. Ən tanınmış modellərin qiymətində ilin əvvəlindən bu günə qədər 10-15 min civarında qiymət azalması müşahidə edilir. Bu gün internet resurslarında daha çox avtomobil satışa çıxarıldığını görürük. Xüsusən iri həcmli, daha çox yanacaq sərfiyyatı olan avtomobillərin satışa çıxarıldığı müşahidə olunur. Bəzi avtomobillər də var ki, aylardır internetdə satışa çıxarılsa da, alan yoxdur. Avtomobil alqı-satqısı edən insanlarla söhbət zamanı da bunu eşidirik. Onlar da etiraf edirlər ki, alıcılıq qabiliyyəti xeyli aşağıdır. Məsələn, yanvar ayında 15 minə satışa qoyulan avtomobilin qiyməti hər həftə və ya hər ay 500-1000 manat ucuzlaşaraq bu gün gəlib 10-11 min manata çatıb. Bəzən insanlar təcili maşınını satmaq istəyir. Belə halda isə avtomobil bazarında dəllallar işə düşür. Onlar insanların inamından sui-istifadə edib vəziyyətin daha da pisləşəcəyini deyir və avtomobili daha ucuz qiymətə alırlar”.

Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır

Ekspert qeyd edib ki, avtomobil satışı adı ilə insanları aldadan dələduzlardan da söz açıb:

“Paralel olaraq avtomobil bazarında dələduzlar peyda olub. Bölgələrdə avtomobil şəkillərini internet resurslarında yerləşdirirlər və ucuz qiymətə satışa çıxardıqlarını qeyd edirlər. 10 min manata təqdim olunan avtomobili onlar 6-7 min manata “əlimyandı” adı ilə satışa çıxarırlar. İnsanlarla ünsiyyət qururlar və avtomobili Bakıya gətirmək bəhanəsi ilə müəyyən məbləğdə pul tələb edirlər. Məsələn, deyirlər ki, postdan keçərkən və ya benzin vurmaq üçün pul tələb olunur və insanlardan onların kartına 100-200 manat pul yükləmələrini istəyirlər ki, guya maşını Bakıya gətirsinlər. İnsanlar da arxayın olub həmin pulu yükləyir ki, ucuz qiymətə əla vəziyyətdə avtomobil alsın. Lakin pulu göndərdikdən sonra həmin adama zəng çatmır. Bu cür insanlara aldanmaq olmaz”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər