pressxeber.info
pressxeber.info

“10 yaşımdan sonra məktəbə getmədim” - Röya

194 dəfə baxılıb 3-07-2020, 16:23

“10 yaşımdan sonra məktəbə getmədim” - Röya

 

Xalq artisti Röya Ayxan yeni açıqlamaları ilə diqqəti öz üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, "Tap-a-tap" layihəsinin qonağı olan müğənni orta məktəb illərindən danışıb. O, yaxşı şagird olmadığını etiraf edib: "1998-ci ildə məktəbi bitirmişəm. Oxuyan uşaq olmamışam. Mahnı oxuyub qiymət alırdım. "W-trio"da oxuyurdum, çox məşhur idim.

10 yaşımdan sonra məktəbə getmirdim. Qardaşlarım oldu, iki bacı onlara baxırdıq. Məktəbdə benzin iyini sevirdim. Hər zaman istəyirdim ki, axıra qalım və oraları benzinlə silim.

Xəyyamla davalarım yadımda qalıb. Bir-iki oğlan sevirdim, onların üstündə Xəyyamla qırğın edirdim. Hər zaman böyük siniflərin uşaqları ilə dostluq etməyi xoşlayırdım".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi