{category-title}
Gündəm / Siyasət
29.06.2020, 15:52
Bu şəxslərə yaşayış sahələri veriləcək
Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
PressXeber.info "Report"-a istinadən xəbər verir ki, qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək