pressxeber.info
pressxeber.info

Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ

35 dəfə baxılıb 26-06-2020, 17:56

Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ

 

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına  517  yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456215 test aparılıb.

Xatırladaq ki, 25 iyunda 547 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi