{category-title}

“Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA

 

 

“Susuz deyilik, sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də verdiyi məlumatlara görə, hər il ölkədə su ehtiyatlarında azalma dinamikası müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (iyun ayının ilk 10 günü - red.) bu il suya tələbat 38 faiz artıb”.

Oxu.Az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün su ehtiyatları az olsa da, ölkədə su ilə bağlı yarana biləcək ciddi təhlükənin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib:

“Martın əvvəllərində “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Eyni zamanda, Şəmkirçay ilə yanaşı, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsəydi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yarana bilərdi. Ötən həftə paytaxtın bir sıra ərazilərində yaşanan su problemi isə obyektiv səbəblərlə bağlı idi. Bilirsiniz ki, Kür çayında suyun səviyyəsi aşağı düşüb və bununla əlaqədar çaydan suyu götürərək emala göndərən üzən nasos stansiyalarında çətinlik yaranıb.

Lakin bir həftə ərzində xüsusi texnika ilə həmin ərazidə əməkdaşlarımız işlər gördü, nasosların ətrafı lildən təmizləndi. “Azərsu” ASC Kürdən Bakıya saniyədə bir kubmetrdən az su verirdi. Havaların istiləşməsi ilə suya tələbat da artdı. Mövsümlə əlaqədar bağ sahələrində hovuzlar, suvarma məsələləri rejimlərimizdə kiçik çətinliklər yarandı. Suyun təzyiqini artırsaq da, xətlərdə problemlər meydana gəlirdi. Problemlərin böyük əksəriyyəti şəhərin şərq hissəsində - Xəzər, Suraxanı, Sabunçu, Abşeron rayonları və Bağlar massivində hiss olundu”.

A.Cəbrayıllı onu da əlavə edib ki, şəhərin qərb hissəsində də kiçik problemlər hiss olunsa da, qısa zaman ərzində aradan qaldırılıb:

“Suya tələbatın artması hidrovlik rejimlərimizdə dalğalanmalara səbəb olurdu. Şəhərin qərb hissələrində - Yasamal, Qaradağ, Nəsimi, Nərimanov, Nizami rayonlarında, eləcə də Sumqayıtda çox cüzi hiss olundu. Qurumun əməkdaşlarının 24 saat suyun verilmə rejimlərinə ciddi nəzarət etməsi ilə problemi aradan qaldıra bildik. Bu gün bəzi ərazilərdə lokal problemlərimiz qalıb. Buna həm də ölkədə mövcud olan pandemiya dövrünün də təsiri olub”.

Son xəbərlər

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Bütün xəbərlər