{category-title}
Gündəm / Cəmiyyət
12.06.2020, 18:04
Çimərliklərdə çətirlər arasında məsafə nə qədər olacaq? - RƏSMİ
“Çimərliklərdə çətirlər arasında dörd metr məsafə olmalıdır”.
PressXeber.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O bildirib ki, çimərlikdə karantin rejimi ilə bağlı təlimatlara ciddi nəzarət olacaq:
“Çimərliklərin hər birində bu məsələlərə nəzarət edəcək şəxslər olacaq. Vətəndaşlardan məsuliyyətli olmaları xahiş edilir”.