pressxeber.info
pressxeber.info

Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj

19 dəfə baxılıb 6-06-2020, 09:08

Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj

 

Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2019) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kənd Abşeron rayonunun Masazır kəndidir. Hər yanı gözəlliklər çələnginə bürünən Abşeronun kənd və qəsəbələrində də indi başqa aləmdir. Asfalt yollar, bir-birindən yaraşıqlı parklar, müasir tələblərlə ayaqlaşan mədəniyyət, səhiyyə, təhsil müəssisələri, sahibkar obyektləri, daha nələr, nələr var bu yaşayış məntəqələrində. Beş-on il bundan öncə elektrik enerjisindən, təbii qazdan fasilələrlə istifadə edən, bəzi yerlərdə içməli və təsərrüfat əhəmiyyətli sudan korluq çəkən Abşeronun kənd və qəsəbələrində son illərdə tikilən sosial yönümlü obyektləri, xəstəxanaları, həkim və tibb məntəqələrini, mədəniyyət saraylarını, məktəb, bağça binalarını , idman kompleksini görəndə, doğrudan da, kəndlərin gülüstana çevrildiyinin əyani təsdiqi ilə qarşılaşırsan. Bütün bunların yeganə bir səbəbi ölkəmizdə sosial-iqtisadi inkişafa dövlət qayğısının güclənməsi və buna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətində yaranan işgüzarlıq, təşkilatçılıq əhval-ruhiyyəsinin artırılmasıdır. Yuxarıda sadaladıqlarımızı konkret faktlarla catdırmaq üçün rayonun Masazır kəndinə baş çəkdik. Masazır kəndi Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin 1-2 kilometrliyindədir. Onun səliqə- sahmanına, abadlığına heyranlıqla baxmaya, nizam intizamına qibtə etməyə bilmirsən. Bizim də bu əhval-ruhiyyədə olduğumuzu hiss edən bələdiyyə sədri Rüfət Fətullayev deyir: - El bir olsa dağ oynadar yerindən, - deyiblər. Söz birliyi, iş birliyi, əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılmasına qayğı kəndimizi gündən-günə gözəlləşdirir. Bütün bunlar kənd əhalisi ilə bələdiyyə və ərazi icra nümayəndəsinin birgə fəaliyyətinin bəhrəsidir. Bunlar tam reallıqdır. Çünki hər gün səhər tezdən bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən daxili müşavirədə əvvəlki gün görülən işlərə yekun vurulur, növbəti günün vəzifələri müəyyənləşir. Bələdiyyə üzvləri arasında aparılan iş bölgüsünə əsasən onlara kəndin ayrı-ayrı vətəndaşlarının sosial qayğıları ilə əlaqədar verilən tapşırıqların icra vəziyyəti barədə hesabatları alınır. Onlar kəndin səliqə-sahmanına baxandan, əlilinə, veteranına, ağsaqqal və ağbirçəyinə baş çəkəndən, tənha və kimsəsizin yanında olandan, müəyyən yerlərdə aparılan tikinti, abadlıq, təmir işlərinə dəstək verəndən sonra nəticəni ortaya qoyur, qarşıya çıxan problemin həlli üçün fikir söyləyirlər, təkliflər verilir. Birgə səyin bəhrəsidir ki, Masazır sakinləri keçmişin yaxşı ənənələrini qoruyub saxlamaqla müasirliyə də daha çox meyil göstərir, qurub yaratmağa, yaşayış ünvanlarının yeniləşdirilməsinə yüksək qayğı ilə yanaşırlar. Son illər burada 3 yeni məktəb, bir körpələr evi-uşaq bağçası, bir poliklinka binası tikilib istifadəyə verilmişdir. Əvvəldən olan məktəb və bağça binaları əsaslı təmir olunub müasirləşdirilmişdir. Həmsöhbətimiz qeyd edir ki, Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi 100 min nəfərə yaxındır. Masazır kəndinin tarixi çox az öyrənilib.Bakının yaxınlığında yerləşən Masazır kəndi qədim türk tayfaları olan Masagetlərlə əlaqədədir.Masaget sözü zaman-zaman asimlasiya nəticəsində xalq arasında Masa-Zır sözünə çevrilmişdir. Müsahibimiz bildirir ki, Masazır kəndi ərazisində hələ XII–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Masazırın mühüm tarixi abidələri siyahısına XIII əsrə aid türbə, XIII əsrə aid Məscid (1212-ci il), XV əsrə aid "Xan bağı" türbəsi və digər bir çox mühim abidələr daxildir. R. Fətullayev vurğulayır ki, Maszır kəndi özünün duz gölü ilə də məşhurdur. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur. 21 iyul 2014-ci il tarixində Abşeron rayon İcra Hakimiyyətinin və "Azersun Holding"-in təşkilatçılığı ilə respublikada ilk dəfı olaraq "Duz Bayramı” keçirilib. "Məqsədimiz əhaliyə xidmət etməkdir” R. Fətullayev bizimlə söhbətində qeyd edir ki, bu gün bələdiyələrə daha çox müraciət torpaq alışı, onların rəsmiləşdirilməsi, sənədləşdirilməsi ilə bağlıdır. Amma biz sakinlərə anlatmağa çalışırq ki, bu gün bələdiyyənin səlahiyyətlərinə torpaq satışı daxil deyil. Biz bu gün əhalidən yığdığımız əmlak və torpaq vergisinin yığılması ilə məhz onların özünə xidmət edirik. Kəndimizin ərazisində bərk məişət tullantılarının yığılması, daşınmasının ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.Bu işlər gün ərzində 2 dəfə həyata keçirilir". "Prezident İlham Əliyevin bu sərəncamı bütün Masazır sakinlərini sevindirdi". "Bələdiyyə sədri kimi az bir müddətiki işləməyinizə baxmayaraq sizcə Masazır sakinlərini ən çox sevindirən hansı xəbər olub?” sualımıza cavabında R.Fətullayev kəndin bəzi kücələrini əsaslı təmirindən söz açdı. Bildiyiniz kimi Prezident İlham Əliyev 2020-ci il yanvarın 9-da "Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu sərəncamı bütün Masazır sakinlərinidə sevindirib. Bəlkə də bu sevincin bir səbəbi Abşeron rayonunun 8 ildir dövlətdən dotasiya almamsı və kəndin daxili yollarının təmrinin bələdiyənin balansında olması idi. Sərəncama əsasən Masazır kəndinin ərazisində də ümumi uzunluğu 6,5 kilometr olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və Akim Abbasov küçələri əsaslı şəkildə yenidən qurulur. Arayış: Fətullayev Rüfət Səyavuş oğlu 06.02.1969 – cu ildə Lənkaran rayonu Liman şəhərində anadan olub.1986- cı ildə Liman şəhərində 1 saylı orta məktəbi, 1996 – cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə - kredit fakultəsini bitirib. 2016-cı ildə Rusiya Prezidenti Yanında "Dövlət İdarəçiliyi” Akademiyasının (РАНХиГС) "dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin magistraturasını bitirmiş və hazırda Rusiya Prezidenti Yanında "Dövlət İdarəçiliyi” Akademiyasınin ( РАНХиГС) "dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin Aspirantıdır. 2001–ci ildən Binəqədi rayon Binəqədi bələdiyyəsində Maliyyə və vergi şöbəsində müfəttiş daha sonra həmin şöbənin müdiri vəzifəsində çalışıb. 2009- cu ildə Yeni Azərbaycan Partiyasının üzvü kimi namizədiyi irəli sürülmüş və bələdiyyə seçkilərində qalib gələrək Binəqədi rayon bələdiyyəsində bələdiyyə üzvü daha sonra Büdcə komissiyasının sədri kimi fəaliyyət göstərib. Uzun illər MSK –nin 8 saylı dairə seçki komissiyasının baş məsləhətçisi və daha sonra "Lider Monolit” tikinti şirkətində direktor, 2015-2019- cu illərdə Azərbaycan Sənaye Korporasiyasında baş iqtisadçı vəzifəsində çalışıb. Müharibə veteranıdır. Dəfələrlə Qarabağ uğurunda gedən döyüşlərdə iştirakına və göstərdiyi şücaət və fədakarlığa görə dövlət tərəfindən mükafatlandırılıb. Ailəlidir. 4 övladı var.

Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj
Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi