pressxeber.info
pressxeber.info

Şəxsi bağ evlərinə getməyə icazə varmı? - RƏSMİ CAVAB

17 dəfə baxılıb 5-06-2020, 12:20

Şəxsi bağ evlərinə getməyə icazə varmı? - RƏSMİ CAVAB

 

 

Xəbər verdiyimiz kimi sabahdan, yəni iyunun 6-dan iyunun 8-i saat 06:00-dək BakıSumqayıtGəncəLənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi?
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahdan BAKU.WS-ə bildirdilər ki, həmin insanlara da bir evindən digərinə getməsinə icazə verilməyəcək. Bu səbəbdən də vətəndaşlar həmin günlərdə bağda, yaxud hansı evində qalmağı barədə əvvəlcədən qərar verməlidirlər.
Qeyd edək ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Xatırladaq ki, həmin tarixlərdə sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları, həmçinin dəmiryolu daşınmaları və metronun fəaliyyəti tam dayandırılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi