pressxeber.info
pressxeber.info

"Ermənistanda vəziyyət fəlakət həddindədir" - Paşinyan

20 dəfə baxılıb 3-06-2020, 15:27

"Ermənistanda vəziyyət fəlakət həddindədir" - Paşinyan

 

 

"Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir".

Pressxeber.info Unikal.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə videomüraciətində bildirib.

O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: "Bu fəlakətdir".

Nikol Paşinyan vətəndaşlardan fövqəladə vəziyyət rejiminin şərtlərini pozanların foto və videolarını çəkib ona göndərilməsini istəyib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi