pressxeber.info
pressxeber.info

İyunun ilk gününün hava proqnozu açıqlandı

21 dəfə baxılıb 31-05-2020, 14:10

 

 

 

İyunun ilk gününün hava proqnozu açıqlandı

 


Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi