{category-title}

Sosial şəbəkələrdə Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı məlumatlar yayılıb.

Milli Məclis deputatların maaşı ilə bağlı iddialara münasibət bildirib - MƏBLƏĞLƏR

 

"Report”un xəbərinə görə, paylaşılan cədvəldə Milli Məclis Sədrinin 7 424 manat, onun birinci müavininin 6 680 və müavinlərinin 6 308 manat, Milli Məclisin komitə sədrlərinin 5 940 manat, müavinlərinin 5 568 manat və sıravi deputatların isə 5196 manat maaş aldığı iddia edilib.
Məsələ ilə bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova "Report”a açıqlama verib.
Şöbə müdiri bildirib ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.

Son xəbərlər

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır

Parlament seçkiləri noyabrın 3-də keçirilməlidir, ancaq... - Məzahir Pənahovdan AÇIQLAMA

İlham Əliyev Füzuliyə getdi

Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO

Komitə sədri boşanmalar və erkən nikahlardan DANIŞDI

İsrail ordusu Rəfahda genişmiqyaslı hücuma başladı

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb

Sumqayıtda mənzildən meyit tapıldı

Şəkinin icra başçısının müavini vəfat etdi

150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

Faşizm üzərində qələbədən 79 il ötür

Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO

İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa...

Bütün xəbərlər